fbpx
Home » Vergi » Xaricdən alınan xidmətdən imtina olunduqda bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılmalıdır?

Xaricdən alınan xidmətdən imtina olunduqda bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılmalıdır?

birbank biznes

vergi, MDSS,Sual: Əgər xaricdən-internet üzərindən xidmət alıramsa və bu da ƏDV-yə cəlb oluunursa, və sonradan həmin xidmətdən imtina olunursa və ödənilmiş məbləğ tamamilə geri qaytarılırsa, məndən əvvəldə tutulan ƏDV də geri qayıdır?

Cavab: Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş əlavə dəyər vergisi məbləği geri qaytarılır. Əlavə dəyər vergisi məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Mənbə: muhasibat.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bax:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!