Mühasibat uçotunun aparılması xidməti: tərkibi, qiymətlər

Accounting Az-la uçotun üstünlükləri

Bizimlə mühasibat uçotunun aparılması diqqətinizin biznesinizə yönəldilməsi deməkdir. Biz sizin uçotla məşğul oluruq, siz isə biznesinizi inkişaf etdirirsiniz. Uğurun açarı bizimlə əməkdaşlıqdadır!

Bizim əməkdaşlar təcrübəli, öz sahələrində hərtərəfli biliyə malik mütəxəssislərdir. Onlar regionun ən yaxşılarındandır. Mühasibat uçotu xidmətlərinə zəmanət uzun illərin ərzində toplanmış təcrübəmizdir. Bunlar sadəcə gəlişigözəl sözlər deyil, müştəri rəyləri də bunu sübut edir.

“Toyota Absheron Centre” MMC-nin direktoru:

Sizin mütəxəssislərin problemli situasiyaya çevik və bütünlüklə işə qoşulması, həm yoxlamalar müddətində, həm də onlardan kənarda vergi ödəyicisinin müdafiəsi ilə bağlı uyğun konsepsiyalar hazırlamaq bacarığı, bizə əhəmiyyətli maliyyə itkilərinin qarşısını almaqda həmişə kömək edib.

Banner

Vergi orqanlarının tələblərinə cavabların hazırlanması zamanı Accounting.Az MMC-nin mütəxəssislərinin səriştəli vergi məsləhətləri borc və cərimə məbləğini azaltmağa imkan verib.

Bütün rəylərə keç

“Accounting Az” konsaltinq şirkəti beynəxalq arenada da tanınır. O, dünya reytinq cədvəlində ilk 3-lükdə olan beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasına üzv olan ilk və yeganə Azərbaycan şirkətidir.

Mühasibat uçotu xidmətlərinə müraciətin səbəbləri

Bu səbəblər fərqli ola bilər:

  • müəssisə yeni yaradılıb – işə başlamaq lazımdır, amma bacarıqlı mühasib hələ də tapılmayıb;
  • yeni layihələr, biznesin genişləndirilməsi yeni maliyyə problemləri yaradır, onların həlli əlavə kadrların cəlb edilməsini tələb edir.

Mühasibat uçotunun aparılması zamanı pozuntular maliyyə sanksiyaları ilə nəticələnə bilər. Bunun qarsısın almaq üçün Bakıda mühasibat uçotu xidmətləri göstərən konsaltinq şirkətlərinin təkliflərindən yararlanmaq mümkündür. Daha çox autsorsinq əsaslı  xidmətlər göstərən belə şirkətlərə mühasibatlıqda olan birdəfəlik işləri də tapşırmaq mümkündür.

“Accounting Az” konsaltinq şirkətində uçot xidmətlərinin autsorsinqi aşağıdakı istiqamətlərdə aparılır:

  • mühasibatlığın müxtəlif istiqamətləri (qurulma, bərpa, maliyyə hesabatlığı, mühasibat uçotunu aparılması və sair);
  • vergi auditi, konsultasiya, vergitutma problemləri;
  • kadr uçotu üzrə müxtəlif xidmətlər;
  • şirkət qeydiyyatı, işçilərin miqrasiyası üzrə sənədlər, müəssisələrin ləğvi və sair hüquqi xidmətlər.

Mühasibat uçotunun  aparılması xidmətinin tərkibi

Xidmətlərimiz əhatəlidir, aşağıda onlardan bəziləri verilib:

  • ilkin uçot sənədlərinin tərtib edilməsinin düzgünlüyünün yoxlanılması və avtomatlaşdırılmış  mühasibat uçotu sistemlərinə işlənməsi;
  • əsas vəsaitlər üzrə əməliyyatlar, amortizasiya;
  • mal-material ehtiyatlarının uçotu;
  • kassa kitabında qeydlərin aparılması, xəzinə üzrə hesabatlar;
  • avans hesabatları, təhtəlhesab şəxslər üzrə əməliyyatlar, ezamiyyə və məzuniyyətlər üzrə hesablamalar;
  • bank ödənişləri (kağız daşıyıcıda yaxud elektron formada);
  • təchizatçılarla hesablaşmaların aparılması;
  • mühasibatlıqla bağlı məsləhətlər;
  • işçilərlə hesablamalar, məcburi tutulmalar, bank sənədlərinin hazırlanması;
  • beynəlxalq standartlara uyğun maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • digərləri.

“Accounting Az” konsaltinq şirkətinin təklif etdiyi xidmətlərin tam çeşidi ilə tanış olmaq üçün aşağıdakı nömrələrə zəng etmək olar: +99412 310 09 29 yaxud +99412 598 37 98 “Geriyə zəng” xidmətindən yararlanın, nömrə saxlayın, biz sizə zəng edək.

Xidmətlərin qiyməti necə formalaşır?

Biz müştərilərə Bakıda mühasibat uçotu xidmətləri üzrə sərfəli qiymətlər təklif edirik. Qiymət:

  • xidmətin müddətindən (birdəfəlik yaxud daimi);
  • sənəd dövriyyəsindən;
  • fəaliyyətin çətinlik səviyyəsi və digər bu kimi amillərdən asılıdır.

Baza qiymətini “AccountingAz”ın kalkulyatoru ilə də hesablamaq olar. Siz baza qiymətini hesablayırsınız, bizimlə müzakirə edirsiniz, mühasibat uçotunun aparılması xidmətinin yekun qiymətini təqdim etdiyiniz məlumatlar əsasında dəqiqləşdiririk.

  • Kiçik və orta sahibkarlıq subyektlərində sənəd dövriyyəsi, hüquqi məsuliyyət nisbətən azdır, odur ki, mühasibat uçotunun təşkilinə çəkilən xərc də nisbətən azdır.
  • Biz işçi sayı az olan kiçik müəssisələrə, fərdi sahibkarlara xidməti daha aşağı qiymətə təklif edirik.

Böyük müəssisələrin mühasibatlığında daha çox vaxt aparan işlərə mühasiblər hesabatların hazırlanması, habelə vergi kargüzarlığını aid etmək olar. Şirkətimizin əməkdaşları sizin mühasibatı hissəvi yaxud tam formada öhdəsinə götürə bilər. Qiymət müəssisənin fəaliyyət istiqamətindən, sənəd dövriyyəsinin  həcmindən asılıdır.

Mühasibat xidmətlərini necə sifariş etmək olar?

Mühasibat uçotunun aparılması xidmətini, ümumiyyətlə “Accounting Az” konsaltinq şirkətinin təklif etdiyi digər xidmətləri sifariş etmək çətin deyil. Bunu:

  1. Zəng etməklə (+99412 598 37 98);
  2. onlayn messenger vasitəsi ilə;
  3. ofisimizə gəlməklə etmək olar.

Lütfən, sizə əlverişli üsulu seçin, bizimlə əlaqə saxlayın. WhatsApp-a (+99450 225 82 05) yazsanız yaxud “Geriyə zəng” xidmətindən istifadə etsəniz, sizə zəng edərik.

Mühasibat uçotunun aparılması xidmətini “Accounting Az”da sifariş etmək, biznesinizin, onun inkişafının uçotunu etibarlı əllərə tapşırmaq deməkdir. Biz yalnız uçotunuzu aparmırıq, onu sizin biznesi maliyyə itkilərindən qoruyuruq.