PMS 2 kursu

birbank biznes

Peşəkar Mühasib Sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.

Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, 3 aylıq PMS 2-ci mərhələsinə hazırlıq kursuna başladıq.

Kursumuz PMS imtahanının 2-ci mərhələsi – qanunvericilik üzrə aşağıdakı növlərdə keçirilir:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri (KOS) üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə peşəkar mühasib sertifikatı.

Təlimçi: Rəşad Əhmədov

2011-ci ildən vergi sahəsində elmi fəaliyyət göstərən Rəşad Əhmədov hal-hazırda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi vəzifəsində çalışır. 9 ilə yaxındır ki “Vergi qanunvericiliyinin tətbiqi” elmi-praktiki kurslarının və həmçinin 3 ilə yaxındır “PMS imtahanlarının ikinci mərhələsinə hazırlıq” kursların təlimçisidir.

Dövlət İmtahan Mərkəzinin PMS ikinci mərhələ üzrə ekspert qrupunun rəhbəridir.

Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin “MBA” fakultəsinin və Bakı Dövlət Universitetinin ”Mülki proses və kommersiya hüququ” kafedrasının müəllimi olaraq magistr pillələrində “Vergi və vergiqoyma”, “Vergi qanunvericiliyi” və “Vergi inzibatçılığı” fənlərini tədris edir. Vergi qanunvericiliyinə dair 15-dən artıq məqalənin müəllifidir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Kursun formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: Həftədə 1 dəfə, şənbə günləri, saat: 10:00-14:00

Kursa daxildir:

  • 12 dərs (48 saat);
  • Sertifikatların təmini;
  • Video qeydlər, dərs materialları və testlərlə təminat;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlim müddəti və sonrakı 1 ay boyu iştirakçılar öyrəndiklərini praktikada daha rahat tətbiq edə bilmək üçün və işlərində yaranmış çətinliklər ilə bağlı təlimçidən ödənişsiz konsultasiya dəstəyi ala bilirlər.

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Kursun proqramı aşağıdakı kimidir:

I Fəsil – Azərbaycan Respublikasının vergi qanunvericiliyi və vergi sistemi, vergi qanunvericiliyinin tətbiqi zamanı istifadə olunan anlayışların izahı 3 saat
II-III Fəsil – Vergi ödəyicisi və vergi agentinin vergitutma məsələləri üzrə əsas hüquq və vəzifələri 3 saat
IV Fəsil – Vergi nəzarəti tədbirləri 3 saat
IV Fəsil – Vergi qanunvericiliyinin pozulması halları və bu hallarla bağlı Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri 3 saat
V-VI Fəsil – Vergi qanunvericiliyinin pozulması halları və bu hallarla bağlı Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri, Vergi orqanlarının hərəkətlərindən şikayət edilməsi qaydası 3 saat
VII Fəsil – Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı  hüquq və vəzifələri, vergi sərəncamları və Vergi Məcəllədə nəzərdə tutulan digər müddəalar 3 saat
VIII Fəsil – Fiziki şəxslərin gəlir vergisi 3 saat
IX Fəsil – Hüquqi şəxslərin mənfəət vergisi 3 saat
X Fəsil – Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr 3 saat
X Fəsil – Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr 3 saat
X Fəsil – Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr 3 saat
XI Fəsil – Əlavə dəyər vergisi 3 saat
XI Fəsil – Əlavə dəyər vergisi 3 saat
XI Fəsil – Əlavə dəyər vergisi 3 saat
XII Fəsil – Əmlak vergisi
XIII Fəsil – Torpaq vergisi
XIV Fəsil – Mədən vergisi
3 saat
XV Fəsil – Aksizlər
XVI Fəsil – Yol vergisi
XVII Fəsil – Sadələşdirilmiş vergi
3 saat

 

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/


Əlaqə:


Ünvan: Caspian Plaza