Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim
Qeydiyyat linki: https://form.cubics.pro/form
Təlim Azərbaycan Respublikasının Vergi qanunvericiliyi, Vergi məcəlləsi və vergi uçotu zamanı istifadə edilən digər qanunvericilik aktları və vergi məcəlləsinə uyğun təşkil edilmiş vergi uçotunun qaydalarını, vergi məcəlləsində olan dəyişiklikləri, vergi bəyannamələrinin hazırlanmasını və vergi qanunvericiliyinin mühasibat uçotunda düzgün əks etdirilməsini əhatə edir. Həmçinin təlim vergilərlə bağlı məsələlərin geniş və izahlı tədris edilməsi əsasında təşkil olunacaq.
Təlimdə kimlər iştirak edə bilər?
- Peşəkar mühasib sertifikatı almaq istəyənlər;
- Mühasib və ya mühasib köməkçiləri;
- Bu sahədə təcrübə toplamaq istəyənlər, tələbələr yaxud məzunlar;
- Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənlər.
Təlimçi barədə:
Qənbərov Azər Oqtay oğlu
UNEC-də və Bakı Mühəndislik Universitetində «Vergilər və vergitutma», «Vergi inzibatçılığı», «Vergi Müqavilələri», «Vergi auditi», «Vergi planlaşdırılması», «Rəqəmsal iqtisadiyyat və vergiqoyma» fənlərini tədris edir.
Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir.
Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir.
Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.
Vergi auditi və daxili audit üzrə çoxillik təcrübəyə malikdir.
Proqrama nəzər yetirin:
Mövzu | saat | VM-nin maddələri və ya digər qanunvericilik aktları |
Vergi qanunvericiliyi, vergi münasibətləri və yeni anlayışlar, ikiqat vergitutmanın aradan qaldırılmasına dair tələblər, test sualları | 4 saat | VM 1-13 maddələr, Beynəlxalq sazişlər, DTA formaları üzrə yeniliklər, Nazirlər Kabinetinin qərarları |
Bazar qiyməti. Transfer qiymətlər. Vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri, vergi agenti, daimi nümayəndəlik anlayışları, testlər | 4 saat | VM 14-31 maddələr, Konstitusiya Məhkəməsi Plenumunun qərarı,Transfer qiymətlərin müəyyən edilməsi barədə Vergilər Nazirliyi Kollegiyasınıln qərarı |
Vergi nəzarəti, uçot qaydaları, vergi yoxlamaları, kameral və səyyar vergi yoxlamaları, yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi, sənədlərin tələb edilməsi, baxış, operativ vergi nəzarəti, xronometrajın keçirilməsi, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı huquqpozmalara görə maliyyə sanksiyaları, şikayətlərin verilməsi və şikayətlərə baxılması qaydası, testlər | 4 saat | VM 32-60 maddələr, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi haqqında qanun, Konstitusiya Məhkəməsi Plenumunun qərarı,Nağdsız hesablaşmalar haqqında qanun, Konstitusiya Məhkəməsi plenumunun qərarı, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi |
Vergilərin ödənilməsi üzrə ümumi qaydalar, vergitutma obyektinin müəyyən edilməsi qaydaları, məlumatların verilməsi, vergi öhdəlikləri, vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın verilməsi, əmlakın siyahıya alınması, hərracın və elektron hərracın keçirilməsi, testlər | 4 saat | VM 61-94 maddələr, Nazirlər Kabinetinin qərarı, Mülki Məcəllənin ödənişlərinin növbəliliyi prinsipi haqqında maddələri, Yaşıl Dəhlizə daxil olma qaydaları |
Fiziki şəxslərin və xarici fiziki şəxslərin gəlir vergisinin müəyyənləşdirilməsi, hesablama qaydaları, fiziki şəxslərin gəlir vergisinə dair məsələlər həlli, testlər, bəyannamələrin doldurulması qaydaları, fiziki şəxslərin gəlir vergisinə dair məsələlər həlli, DSMF uçotu, işsizlik sığortası, məsələlər həlli | 4 saat | VM 95-102 maddələr, Nazirlər Kabinetinin qərarları, DSMF haqqında qanun, sosial müavinətlər,işsizlik sığortası haqqında qanun |
İlk sınaq imtahanı və imtahanqabağı müzakirə | 1+3 saat | Məsələlər |
Hüquqi şəxslərin mənfəət vergisi və azadolmalar, gəlirin əldə edilməsi və gəlirdən çıxılan və çıxılmayan xərclər, amortizasiya normaları və təmir xərcləri, ödəmə mənbəyində vergilər, testlər, məsələlər həlli, bəyannamələrin məsələ həlli ilə doldurulması qaydası | 4 saat | VM 103-129 maddələr, AR Prezidentinin Fərmanları |
Maliyyə lizinqi və ona dair yeniliklər, hüquqi şəxsin ləğvi, yaranması və yenidən təşkili, kassa və hesablama metodu ilə vergilərin hesablanması, cari vergilərin hesablanması, testlər, məsələlər həlli | 4 saat | VM 130-152 maddələr. Konstitusiya Məhkəməsi Plenumunun qərarı |
ƏDV uçotu, qeydiyyat və uçotdan çıxma, vergitutma obyekti, azadolmalar, testlər, məsələlər | 4 saat | VM 153-165 maddələr, Nazirlər Kabinetinin qərarı, AR Prezidentini Fərmanı, Tax Free, fiziki şəxsin aldığı qeyri-kommersiya xarakterli malların idxalı və yaxud ƏDV-nin geri qaytarılması qaydaları |
Vergi tutulan dövriyyənin vaxtının və yerinin müəyyən edilməsi, qeyri-rezidentin ƏDV-si, əvəzləşdirilmələr, məsələlər həlli, bəyannamələrin məsələ həlli ilə doldurulması qaydası | 4 saat | VM 166-181 maddələr,qeyri-rezidentin ƏDV-nin vaxtının müəyyənləşdirilməsi və əvəzləşdirilməsi |
İkinci sınaq imtahanı və imtahanqabağı müzakirə | 1+3 saat | məsələlər |
Aksiz vergisi, torpaq, yol vergisi, mədən vergisi testlər, məsələlər | 4 saat | VM 182-195 maddələr, İnzibati Xətalar Məcəlləsi, Gömrük Məcəlləsi və Cinayət Məcəlləsi üzrə müddəalar |
Əmlak vergisi, sadələşdirilmiş vergi, banklar və notariuslar tərəfindən tutulan sadələşdirilmiş vergi, bina tikintisi ilə məşğul olan şəxslərə hesablanan sadələşdirilmiş vergi, sabit vergi məbləği, məsələlər, testlər | 4 saat | VM 196-202 maddələr, 218-221 maddələr |
Əmlak vergisinə, sadələşdirilmiş vergiyə, ƏDV, mənfəət vergisi və s. vergilərin hesablanmasına dair məsələlər həlli | 4 saat | VM 196-221 maddələr |
Son test imtahanı | 1+3 saat | məsələlər |
Təlimin müddəti: 60 saat – 3 ay yarım.
Keçidə daxil olmaqla qeydiyyatdan keçə bilərsiz: https://form.cubics.pro/form/
Proqramı yükləyin: Vergi təlimi - proqram (245 downloads)
Təlimə dair əlaqə üçün:
Telefon: (+994) 12 310 09 29
Mobil: (+994) 50 225 81 05
Ünvan: Caspian Plaza
Email: info@muhasibat.az