Mühasibat auditi xidməti

Accounting Az-la Bakıda mühasibat auditi xidməti

Komandada savadlı mühasibin olmasın hansı menecer istəməz? Onun audit üzrə zəruri biliklərə hərtərəfli sahib olması da şirkət üçün yaxşıdır. Amma mühasib nə qədər savadlı olsa da, “iş olan yerdə səhv də olar”. Odur ki, bəzən şirkətin peşəkar audit xidmətləri təklif edən mütəxəssislərə ehtiyacı olur. Eyni zamanda, bəzi vergi subyektləri üçün mühasibat auditi xidmətindən istifadə məcburidir (maliyyə hesabatlarının etibarlılığını təsdiq edən rəy almaq üçün).  Tərəfdaşımız Accounting Az konsaltinq şirkəti Azərbaycanda audit xidmətlərinin geniş spektrini təklif edir. Şirkət beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasının üzvüdür. Şirkətin müştəriləri arasında respublikamızda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən müxtəlif yerli və əcnəbi qurumlar  var.

Şirkətin əməkdaşları öz işinin peşəkarlarıdır. Onlar təklif etdiyi autsorsinq əsaslı çoxşaxəli xidmətlər  keyfiyyətli, qiymətlər isə sərfəlidir.

Azərbaycanda mühasibat auditi xidməti göstərən ixtisaslaşmış şirkət axtarırsınız? “Əlaqə” səhifəsinə keçid alın, sizin üçün rahat olan vasitələrdən birini seçib müraciət edin! Peşman olmazsınız!.

Məcburi audit xidmətləri nə vaxt zəruridir?

İllik maliyyə hesabatlarının düzgünlüyünü yoxlanması və onun etibarlılığını təsdiq edən rəyin alınması üçün müstəqil auditorun cəlb edilməsi məhdud məsuliyyətli cəmiyyətlər üçün məcburidir (mikro və kiçik sahibkarlıq subyektləri istisnadır). Bu Mülki Məcəllənin 91.4-cü maddəsində təsbit olunub.

Maliyyə hesabatlarının məcburi auditi nələri əhatə edir?

Banner
  • mühasibat qeydlərinin, ilkin uçot sənədlərinin tamlığının, habelə onların rəsmiləşdirilməsi düzgünlüyünün yoxlanılması;
  • mühasibat uçotu və maliyyə hesabatlarında səhvlərin, uyğunsuzluqların müəyyən edilməsi, onların aradan qaldırılmasına köməklik göstərilməsi;
  • audit  zamanı məsləhət dəstəyi (o cümlədən, beynəlxalq uçot standartlarının tətbiqi ilə bağlı);
  • hesabatlılığın təkmilləşdirilməsi və bunun audit rəyi ilə dəstəklənməsi.

Maliyyə hesabatlarınən düzgünlüyünün yoxlanması və qanunvericiliyə uyğun rəyin alnması üçün Accounting Az konsaltinq şirkətinin audit xidmətlərindən istifadə edə  bilərsiniz. Şirkətin təsisçisi bu sahənin peşəkarıdır, AR Auditorlar Palatasının üzvü olub. İri şirkətlərdə mühasibat auditi xidməti, habelə konsaltinq istiqamətli fəaliyyətlər həyata keçirib.

Auditinin nəticəsi necə rəsmiləşir?

Auditor rəyi ilə – auditi aparanın imzası və möhürü ilə təsdiqlənən bu rəy, dövlət qurumları, məhkəmələr, habelə fiziki və hüquqi şəxslər üçün rəsmi sənəd sayılır və mühasibat auditi xidmətini sifariş edənin:

  • maliyyə vəziyyətinə;
  • aparılan əməliyyatların qanuniliyinə;
  • illik maliyyə hesabatlarının doğruluğuna;
  • mühasibat uçotunun ümumi vəziyyətinə verilən qiyməti özündə əks etdirir.

Bəzən dövlət qurumları tərəfindən təşkil olunan investisiya proqramları ilə bağlı aralıq hesabatlar üçün də audit rəyi almağa ehtiyac yaranır. Bu zaman Azərbaycanda audit xidmətləri təklif edən şirkətlərə ehtiyac yaranır.

Mühasibat auditi xidmətinə əlavə kimi nələri tövsiyə edirik

  • vergi uçotu və hesabatlarının auditi;
  • cari il üçün uçot siyasətinin auditi və yenilənməsi;
  • mühasibat uçotunun beynəlxalq standartlarının tətbiqinə dəstək;
  • ilkin sənədlərin düzgünlüyünə və əməliyyatların dəqiq əks olunmasına nəzarət;
  • daxili nəzarət sisteminin auditi;
  • əməkdaşların dürüstlüyünün və peşəkarlığının yoxlanılması.

Accounting Az konsaltinq şirkəti Bakıda audit xidmətləri ilə yanaşı mühasibat, vergi və kadr uçotu üzrə xidmətlərin geniş spektrini təklif edir.

Nəyə görə Azərbaycanda audit xidmətləri üçün Accounting Az MMC-ni tövsiyə edirik?

Çünki:

  • şirkətin xidməti keyfiyyətli, qiymətlər əlçatandır;
  • yalnız mühasibat auditi xidməti təklif etmir, həm də vergi riskləri barədə hesabat hazırlayır, sənədləri hüquqi ekspertiza edir, müştərilərə maliyyə hesabatlarının şəffaflığını təmin etməyə kömək edir;
  • kompleks xidmətlərlə təmin edir – Accounting Az sadəcə audit xidmətləri təkli edən şirkəti deyil, həm də vergi, kadr və mühasibat uçotunu, audit və hüquq işlərini bilən peşəkarlardan ibarət komandadır.

Qanunvericilik tələb etmirsə, mühasibat auditi xidməti lazımdırmı?

Mühasibat auditinin qanunla müəyyən edilmiş meyarlara görə məcburi olmadığı şirkətlər sual verə bilər ki, audit xidmətlərindən imtina məntiqli deyilmi?

Uzaqgörən sahibkar üçün mühasibat auditi xidmətinin sifarişi xərc deyil, investisiyadır. Audit sizi əmin edir ki:

  • mühasibat uçotunda əhəmiyyətli səhvlər yoxdur;
  • normativ hüquqi aktlarda olan dəyişikliklər nəzərə alınıb, vacib sənəd və aktivlər mövcuddur, inventarlaşma ilə bağlı suallar yoxdur;
  • qəbul edilən qərarlar şirkətə və təsisçilərə faydalıdır, auditorlar, mühasiblər, vergi mütəxəssisləri ilə sizin operativ məsləhətləşmə imkanı var.

Bundan başqa, audit rəyi əlavə rəqabət və investisiya üstünlükləri təmin edir:

  • belə rəyə malik hesabat informasiyanın kənar istifadəçiləri üçün tamamilə fərqli bir statusa malikdir – bu, hesabatın maddələrinə, bütövlükdə şirkətin fəaliyyətinə daha çox güvən yaradır.
  • maliyyə çətinliyi yarandıqda şirkətlər kredit təşkilatlarına müraciət edir, audit rəyli maliyyə hesabatları bu zaman əlavə üstünlükdür;
  • tenderdə iştirak zamanı audit rəyi tələb oluna bilər.

Beləliklə, şirkətin audit yoxlaması məcburi olmasa belə, şirkət menecerlərinin hazırladığı fərdi tapşırıq əsasında mühasibat auditi xidmətindən istifadə məntiqlidir.

Qiymət haqqında operativ məlumat alın

Audit xidmətlərinin qiyməti:

  • aktivlərin və dövriyyənin həcmindən;
  • təşkilata xas olan risklərin səviyyəsindən;
  • sənəd axınından;
  • fəaliyyət istiqamətindən;
  • filial, törəmə və əlaqəli şirkətlərin sayından;
  • məkan və məsafədən;
  • xüsusi əməliyyatların (xarici iqtisadi fəaliyyət, qiymətli kağızlar bazarında fəaliyyət və s.) mövcudluğundan.

Sizə daha rahat Əlaqə vasitəsini seçin, müraciət edin. Biz qiymət diapazonunu sizə təqdim edərik.

Fərdi audit təklifinizin dəyərləndirilməsi üçün mütəxəssisimiz sizinlə telefon və ya WhatsApp vasitəsilə əlaqə saxlayacaq.

Accounting.Az audit xidmətləri göstərilməsi ilə yanaşı, yoxlamanın keçirilib-keçirilməməsindın asılı olmayaraq sizə mühasibat uçotu üzrə məsləhətlər verə bilər. Bizim Azərbaycanın istənilə regionunda fəaliyyət göstərmək imkanımız var, amma audit xidmətini Bakıda yaxud paytaxta yaxın ərazilərdə göstərmək bizim üçün daha cəlbedicidir.

Mühasibat auditi xidmətinin qiymətini dəqiqləşdirmək üçün +99412 310 09 29, +99412 598 37 98 telefon nömrələrinə zəng edin, yaxud WhatsApp-a (+99450 225 82 05) yazın, istəklərinizi birgə müzakirə edək.

Audit necə aparılır?

  1. Şirkət qarşı tərəfin istəklərini və auditin məqsədlərini aydınlaşdırır, öz təklifinimizi hazırlamaq üçün lazımi məlumatları toplayır.
  2. Toplanmış məlumatlar əsasında təklifi tərtib edir, audit xidmətləri üzrə tapşırığının şərtlərini, fəaliyyət strategiyasını, iş vaxtını razılaşdırır və müqavilə bağlanır.
  3. Razılaşdırılmış müddətdə audit keçirir, audit zamanı aşkar edilmiş pozuntular haqqında hesabat verir, bu səhvlərin nəticəyə təsir göstərməməsi üçün düzəlişləri təklif edilir.
  4. Müəyyən edilmiş səhvləri düzəltmək üçün köməyə ehtiyaca varsa, şirkətin mütəxəssisləri öz köməyini təklif edə bilərik. Pozuntular aradan qaldırmaq üçün tapşırıq ayrıca müzakirə edib razılaşdırılır.

Audit xidmətlərinin sonunda yekun sənədlər – audit rəyi, hesabatlar hazırlanır və sizə təqdim edir, lazım gələrsə suallara aydınlıq gətirilir.

“Accounting Az” ın mühasibat auditi xidmətinin faydaların ilk ekspert görüşdə, bizim auditorlarla tanışlıq zamanı öyrənin. “100 eşitməkdən bir görmək yaxşıdır”. Buyurun, gəlin, şirkətin rahat məkanda yerləşən ofisində bir fincan kofe içərək bütün detalları birgə razılaşdırın!