Bakıda konsaltinq şirkətləri hansı xidmətləri təklif edir?
Ümumiyyətlə, konsaltinq şirkətləri müştərilərinin tələblərinə uyğun olaraq fəaliyyət göstərir və müxtəlif xidmətlər təklif edir. Bunlar arasında mühasibat, hüquq, audit, vergi xidmətləri, maliyyə hesabatlarının hazırlanması və digərləri yer alır. Bakıda konsaltinq şirkətləri çoxdur, onların təklif etdiyi xidmətlərin spektri genişdir. Vergi yoxlamasına hazırlıq xidməti şirkətlərin təklif etdiyi vergi xidmətləri qrupuna aiddir.
Əməkdaşlıq etdiyimiz Muhasibat.Az, Accounting.Az, AMM kimi şirkətlər Bakıda kadr uçotu, şirkət qeydiyyatı, mühasibat və vergi uçotu, müxtəlif istiqamətli kursların təşkili üzrə xidmətlər təklif edir.
Vergi yoxlamasına hazırlıq xidməti nə üçün lazımdır?
Vergi ödəyiciləri üzrə öhdəliklərin düzgün icrasına nəzarət etmək məqsədi ilə dövlət vergi orqanı tərəfindən müntəzəm yoxlamalar aparılır. Belə yoxlamaları az itki ilə başa vurmaq üçün biznes sahibləri yoxlamaya hazır olmalıdır. Bakıda konsaltinq şirkətlərinin təklif etdiyi vergi yoxlamasına hazırlıq xidməti aşağıdakı məqsədləri həyata keçirməyə kömək edir:
- Qanunvericiliyin tələblərinin izahı – biznes sahiblərinə vergi qanunvericiliyi və prosedurlar haqqında məlumat verməklə onları qaydalarla tanış etmək;
- Sənədlərin hazırlanması – yoxlama prosesində vergi orqanları tərəfindən tələb edilən sənədlərin hazırlanması və təqdim edilməsi vacibdir. Bu sənədlər arasında bəyannamələr, maliyyə hesabatları, fakturalar və digər məlumatlar yer alır.
- Məlumatların düzgünlüyü – yoxlama zamanı vergi orqanları tərəfindən tələb edilən məlumatların düzgünlüyü və doğruluğu əsas məsələdir. Bu səbəbdən, məlumatların düzgün şəkildə saxlanılması və təqdim edilməsi vacibdir. Bu işdə konsaltinq şirkətlərinin təklif etdiyi xidmətlərin köməyi əvəzsizdir.
- Vergi orqanları ilə əlaqələr – vergi orqanları ilə əlaqələrin normal səviyyədə olması vacibdir. Belə əlaqə vergi orqanları tərəfindən tələb edilən məlumatların vaxtında təqdim edilməsi üçün lazımdır.
Əgər bu məsələləri keyfiyyətli və sərfəli həll etmək istəyirsinizsə əlaqə saxlayın, vaxtınıza və pulunuza qənaət edin!
Vergi yoxlamalarının növləri
Vergi yoxlamaları iki növ olur:
- kameral;
- səyyar.
Kameral vergi yoxlaması hesabat sənədləri vergi orqanlarında qəbul edilən zaman aparılır, yəni belə yoxlama bilavasitə vergi orqanında həyata keçirilir. Bu zaman:
- hesabat formaların doldurulması;
- vergilərin hesablanmasının düzgünlüyü;
- hər hansı bir güzəştdən istifadə etmənin qanunauyğunluğu yoxlanılır.
Kameral məktublarla bağlı çətinliyiniz var? +99412 310 09 29 yaxud +99412 598 37 98 nömrələrini yığın, bizim əməkdaşlıq etdiyimiz konsaltinq şirkətlərinin əməkdaşları sizə kömək edər.
Səyyar vergi yoxlaması isə vergi ödəyicisinin fəaliyyət məkanında həyata keçirilir, növbəti və növbədənkənar ola bilər.
Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının keçirilmə əsası və tarixi, həmçinin tərəflərin hüquq və vəzifələri göstərilməlidir.
Xidmətin göstərilməsi zamanı tələb olunan sənədlər
Vergi yoxlamasına hazırlıq xidməti çərçivəsində konsaltinq şirkətlərinin əməkdaşları aşağıdakı sənədlərin təhlilin aparır:
- müqavilələr, sifarişlər və digər bu kimi sənədlər;
- maliyyə hesabatları, gəlir və xərclər haqqında məlumatlar, bank hesabları və kreditlər haqqında məlumatlar;
- mülkiyyət, əmlakın, torpaqların və avtomobillərin sənədləri və s. bu kimi sənədlər;
- material ehtiyatları, malların istehsalında, işlərin görülməsi, xidmətlərin göstərilməsi və müəssisənin tələbatlarını ödəmək üçün istifadə edilən mal-material üzrə sənədlər;
- vergi hesabatları, vergi ödənişləri, vergi qaydalarına uyğunluq və s. kimi məlumat və sənədlər.
Vergi yoxlamasına hazırlıq zamanı sənədlərin yerli qanunvericilik və beynəlxalq standartlara uyğunluğu yoxlanılır.
Konsaltinq şirkətləri tərəfindən tələb olunan sənədlərin tərkibi ilə daha ətraflı məlumat üçün, lütfən, “Geriyə zəng” xidmətinə müraciət edin yaxud WhatsApp-a (+99450 225 82 05) yazın. Bizim əməkdaşlar sizinlə əlaqə saxlayar.
Accounting.Az konsaltinq şirkətinin üstünlükləri

Şirkətin üstünlüklərin aşağıdakı kimi sıralaya bilərik:
- Peşəkar kadrlar: şirkət, peşəkar kadrlar tərəfindən idarə olunur. Əməkdaşlar mühasibat, vergi və konsaltinq sahəsində böyük təcrübəyə malikdir.
- Geniş xidmət spektri: şirkət mühasibat, vergi, konsaltinq, audit xidmətləri, maliyyə hesabatlarının hazırlanması və s. kimi geniş bir xidmət spektri təklif edir;
- Peşəkarlıq: “Accounting.Az” şirkəti, peşəkarlıq və müştəri təcrübəsinə çox önəm verir. Müştərilərinin tələblərini və istəklərini nəzərə alaraq, onlara uyğun xidmətlər təklif edir.
- Sərfəli qiymətlər: konsaltinq şirkətləri , müştərilərinə sərfəli qiymətlərlə xidmətlər təklif edir.
- Yüksək keyfiyyət: şirkəti, yüksək keyfiyyətli xidmətlər təklif edən “Accounting.az” müştərilərinin tələblərinə uyğun olaraq fəaliyyət göstərir.
- Böyük təcrübə: şirkətin əməkdaşları mühasibat, mühasibat xidmətləri bazarında böyük təcrübəyə malikdir və müştərilərinin tələblərinə uyğun olaraq fəaliyyət göstərir.
Bakıda konsaltinq şirkətlərində xidmətlər üzrə qiymətlər fərdidir, müştəri ilə müzakirə edilərək müxtəlif amilləri nəzərə almaqla müəyyən olunur.
Vergi yoxlamasına hazırlıq xidmətini sifariş etmək üçün sizə uyğun müraciət formasını “Əlaqə” səhifəsindən seçin, bizim əməkdaşlar ən qısa zaman ərzində sizinlə əlaqə saxlayacaq.