Şirkətlərin qeydiyyatı xidməti

birbank biznes

Hüquqi şəxslərin qeydiyyatı xidməti

Biznes yaratmaq məsuliyyətli və çətin bir işdir, onun bütün dövlət nəzarət reyestrlərində qeydiyyatını aparmaq zərurəti bunu bir az da çətinləşdirir.  Bakıda, habelə hər hansı digər bölgədə qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun işləməyə başlamaq istəyən şirkət ilk öncə dövlət qeydiyyatına alınmalıdır. Şirkətlərin qeydiyyatı üçün onlardan müvafiq sənədlər paketinin təqdim edilməsi tələb olunur. İstər fərdi sahibkarlığın, istərsə də hüquqi şəxslərin qeydiyyatı prosesi xərcsiz həyata keçirilə bilməz. Bunu sərbəst etmək vaxt, enerji, xüsusilə də maliyyə resurslarının itkisi deməkdir. Odur ki, mövcud resursları ağılla idarə etmək, qeydiyyat prosesini mütəxəssislərə həvalə etmək daha yaxşıdır.

Accounting.Az konsaltinq şirkəti uzun müddətdir ki, iqtisadi fəaliyyətin qeydiyyatı ilə məşğul olur. Şirkətlərin qeydiyyatı üzrə toplanmış təcrübə:

  • vaxta qənaət etməyə;
  • riskləri minimuma endirməyə imkan yaradır.

Fərdi sahibkarlığın və hüquqi şəxslərin qeydiyyatı xidmətindən istifadə etmək üçün  +99412 310 09 29  yaxud  +99412 598 37 98  telefon nömrələrinə zəng edə bilərsiniz.

Accounting.Az konsaltinq şirkətinin xidmətindən istifadə etmək, sizi qeydiyyat sənədlərinin doldurarkən mümkün qeyri-dəqiqlikdən, səhlənkarlıqdan, işçilərin diqqətsizliyindən qoruyar.

Konsaltinq şirkəti uçotun fərqli sahələrini əhatə edən xidmətlərlə yanaşı, müxtəlif kurslar da təklif edir. Bu kurslarda təhsil almaqla mühasibat, vergi və kadr uçotu üzrə yeni səriştələrə əldə etmək mümkündür.

Şirkətlərin qeydiyyatı xidmətinin üstünlükləri

Qeydiyyat prosesinin bütün detallarını mənimsəmiş şirkət sərfəli əməkdaşlıq təklif edir:

  • əlverişli ödəniş  – qeydiyyat xidməti, habelə ilkin peşəkar məsləhətə görə qarşılıqlı razılaşma əsasında müəyyənləşən qiymət;
  • əks əlaqə – şirkət müvafiq məlumatları təqdim etməyə, sualları cavablandırmağa həmişə hazırdır;
  • əlavə xidmətlər paketi – Accounting.Az təkcə biznesi qeydə almağa deyil, həm də onu cərimə və sanksiyalarsız aparmağa kömək edir.

Bu xidmət iqtisadi fəaliyyətin qeydiyyatı xidmətinin bir qoludur, odur ki, ondan təkcə kommersiya şirkətləri deyil, həm fərdi sahibkarlar, həm də iqtisadi fəaliyyətin fərqli sektorunda çalışan hüquqi şəxslər də istifadə edə bilər.

Şirkətlərin qeydiyyatı zamanı mümkün səhvlərdən qorunmaq üçün  WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin

Fərdi sahibkarlığın qeydiyyatı mərhələləri

Sahibkarlıqla məşğul olan fiziki şəxslərin, başqa sözlə desək, fərdi sahibkarlığın qeydiyyatı vergi  orqanlarında aparılır. Qeydiyyat aşağıdakı mərhələlərdən keçir:

  • VÖEN üçün ərizənin tərtibi;
  • vergi qurumuna ərizənin tətbiqi;
  • məlumatların vergi orqanında yoxlanması və bazaya işlənməsi;
  • fərdi sahibkarlığın qeydiyyatı haqqında şəhadətnamənin hazırlaması;
  • şəhadətnamənin alınması.

Hüquqi şəxslərin qeydiyyatı

Hüquqi şəxslərin, o cümlədən şirkətlərin qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR qanunu ilə tənzimlənir. Mülkiyyət formasından asılı olaraq qeydiyyat prosesi fərqlənə bilər. Həmçinin tələb olunan sənədlərin tərkibi də fərqlidir.

Qanunvericiliyin tələblərini, qeydiyyat zamanı incəlikləri araşdırmağa vaxt ayırmamaq, prosesi maliyyə və zaman itkisi olmadan başa vurmaq üçün konsaltinq şirkətlərinin xidmətindən istifadə daha sərfəlidir.

“Accounting.Az” konsaltinq şirkəti bu sahədə uzun müddətli təcrübəyə malikdir. Şirkət beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasının üzvüdür.

Şirkətlərin qeydiyyatı xidməti

Şirkət (yaxud firma) kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Xidmət bütün Azərbaycan ərazisində, həm xarici, həm də yerli sahibkarlıq subyektləri üçün nəzərdə tutulub. Qeydiyyat Dövlət Vergi Xidməti orqanında aparılır.

Qiymətlər

Şirkətlərin qeydiyyatı üzrə xidmətlər tərəflər arasında razılaşma əsasında müəyyən olunur. “Accounting.Az” konsaltinq şirkəti təklif etdiyi mühasibat uçotunun aparılması xidmətini sifariş edən müştərilərə şirkətlərin qeydiyyatı xidməti üzrə xərcləri geri qaytarır.

Sizi maraqlandıran digər suallara cavabı AccountingAz komsaltinq şirkətinin saytının ”Əlaqə” səhifəsinə keçməklə tapa bilərsiniz.