Bakıda effektiv vergi auditi xidməti

Vergi auditi xidməti nədir?

Vergi qanunvericiliyinin daimi dəyişikliyi fonunda hər bir müəssisə etibarlı müdafiəyə  – audit xidmətləri sisteminə ehtiyac duyur. Müəssisəyə dəvət edilmiş müstəqil auditor maliyyə hesabatlarını təhlil edir, uçot sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlayır. Bakıda vergi auditi xidməti çərçivəsində aparılan belə yoxlama prosesi vergi hesablaşmaları və ödənişlərinin etibarlılığın müəyyən etməyə, vergi bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etməyə imkan yaradır.

Vergi yoxlaması zamanı aşkar edilən istənilən səhv yaxud qanunlarının qəsdən pozulması şirkətlərin külli miqdarda cərimələnməsinə səbəb olur. Məhz bu səbəbdən vergi uçotu auditinin müntəzəm aparılması riskləri minimuma endirmək, cərimə və sanksiyalara məruz qalmamaq üçün vacibdir.

Azərbaycanda audit xidmətləri müxtəlif şirkətlər tərəfindən təklif edilir. “Accounting.Az” MMC bu bazarda uzunmüddətli təcrübəyə malikdir.

 “Accounting.Az” konsaltinq şirkətinin təklif etdiyi vergi auditi xidməti:

Banner
  • uçotda olan mümkün səhvləri aşkar edəcək;
  • onları vergi yoxlamasından əvvəl düzəltməyə imkan verəcək;
  • vergi yoxlamalarına hazırlıq işlərinin aparılmasına kömək edəcək;
  • sizin risklərinizi minimuma endirəcək.

Bunlarla yanaşı şirkət mühasibat, vergi və kadr uçotu üzrə Bakıda müxtəlif audit xidmətləri təklif edir.

Vergi ödəyicisində şübhəli əməliyyatlar, vergi bəyannamələrində səhvlər nə qədər az olarsa, səyyar yoxlamanın təyin edilməsi riski bir o qədər az olar.

Vergi auditi xidməti çərçivəsində şirkətin auditorlar:

  • səhvləri, mümkün riskləri müəyyən edəcək;
  • onları necə düzəltmək, minimuma endirmək barədə tövsiyələr verəcək;
  • mümkün ehtiyatları müəyyən edəcəklər (əlavə ödəmələr də istisna deyil);
  • vergi yoxlamalarına hazırlıq işlərini operativ həyata keçirəcəklər.

 

“Accounting.Az” MMC-nin ofisi Bakıda rahat məkanda yerləşir. +99412 310 09 29  yaxud  +99412 598 37 98  nömrələrinə zəng edin, sizi maraqlandıran suallara cavab alın!

Audit xidmətləri nə vaxt zəruridir?

  • şirkət fəaliyyət növünü dəyişdikdə yaxud yenidən təşkil edildikdə;
  • şirkətin rəhbərliyi, o cümlədən baş mühasib dəyişdirildikdə;
  • şirkət vergi rejimlərini birləşdirdirdikdə;
  • uçotun optimallaşdırılması yolları axtarıldıqda;
  • mühasibat uçotunu yoxlamaq, vergi risklərini aradan qaldıraraq lazım gəldikdə;
  • müvafiq qurumlar tez-tez sorğular verir yaxud yoxlama planlaşdırdıqda;
  • vergi yoxlamalarına hazırlıq prosesində.

Audit xidmətlərindən istifadə, o cümlədən vergi auditinin aparılma tezliyi müəssisədə daxili nəzarət sisteminin səmərəliliyindən, mühasibat və vergi uçotu sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsindən, mürəkkəb əməliyyatların həcmindən, sənədən dövriyyəsinin keyfiyyətindən, qanunvericilik aktlarının dəyişkənliyindən asılıdır. Bunlardan hər hansı birində “zəif nöqtə” varsa, vergi uçotunun auditi mənfi təsirlərin qarşısını almağa kömək edəcəkdir.

Accounting.Az nə təklif edir?

Audit xidmətləri bazarında çoxillik təcrübəyə malik şirkətin təklif etdiyi vergi auditi xidməti çərçivəsində peşəkar auditorlar:

  • keyfiyyətli vergi yoxlamasını həyata keçirib, dərhal kömək edəcək;
  • aşkar edilmiş pozuntuların nəticələri, risklər barədə rəy verəcək;
  • mühasibat uçotu və hesabatlılığı necə təkmilləşdirməyin yollarını göstərəcək;
  • yol verilmiş pozuntunun aradan qaldırılması, qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə tövsiyələr təqdim edəcəklər.

Vergi uçotunu auditi həm illik hesablamaları, bəyannamələri, onlarda əks olunan vergiləri, həm də daha qısa (yarımillik, rüblük) yaxud daha uzun (3 il) dövrü əhatə edə bilər.

WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Şirkətin əməkdaşları sizinlə əlaqə saxlayıb, audit xidmətlərinin növünü, qiymət və bonusları sizinlə birgə müəyyən edəcək!

Vergi auditi sizin biznesinizin təhlükəsizliyidir. Peşəkarlardan ibarət “Accounting.Az” komandası vegilərin ödənilməsində səhvlərin qarşısını alacaq, riskləri, maliyyə ehtiyatlarını müəyyən edəcək, sizi vergi yoxlamalarına hazırlıqa kömək edəcək.  Bu, öz növbəsində:

  • cərimələr üzrə xərclərinin qarşısını alacaq;
  • vergi yoxlamasına hazırlıq işlərinin keyfiyyətini artıracaq;
  • vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi riskini minimuma endirəcək.

Biznesinizin təhlükəsizliyi üçün şirkətin audit xidmətlərini sifariş edin! Yüksək keyfiyyətə, problemlərə kompleks yanaşmaya, məxfiliyə zəmanət verilir.

“AccountingAz”-ın vergi auditi xidmətləri tanış olmaq üçün əlaqə saxlayın, görüş üçün əlverişli vaxtı razılaşdıraq, sizin problemləri müzakirə edək, həll yollarını tapıb, biznesinizin təhlükəsiliyinə dəstək olaq.