Təlim mənfəət vergisinin, gəlirdən çıxılan xərclərin Azərbaycan Respublikasının vergi qanunvericiliyi, vergi məcəlləsi və digər qanunvericilik aktları üzrə tənzimlənməsi qaydalarını, vergi məcəlləsində gözlənilən dəyişiklikləri, mənfəət bəyannaməsinin və onun 1 saylı əlavəsinin hazırlanmasını əhatə edir.
Həmçinin təlim mənfəət vergisi və bəyannaməsi ilə bağlı məsələlərin, mühasiblər üçün problem doğuran sualların geniş və izahlı tədris edilməsi əsasında təşkil olunacaq. Mənfəət vergisi, gəlir və xərclərlə bağlı vergi məcəlləsinin bütün maddələri geniş şəkildə praktiki izah ediləcəkdir.
Kurs kimlər üçündür?
- Mühasiblər, Baş mühasiblər;
- Maliyyəçilər;
- Vergilər Nazirliyinə imtahana hazırlaşanlar;
- Bu sahəni daha dərindən öyrənmək və ya biliklərini təkmilləşdirmək istəyənlər.
Kursun faydaları:
- Mənfəət vergisi bəyannaməsinin düzgün tərtibatı;
- Kameral məktubların müvafiq cavablandırılması;
- Mütəxəssis kimi formalaşmağa dəstək.
Təlimçi: Azər Qənbərov
Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.
Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.
SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.
Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.
Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.
Qrupda iştirakçı sayı: 12-15 nəfər
Təlim formatı: Ənənəvi (əyani)
Təlim sayı və vaxtı: 10 təlim – 20 saat (7 nəzəri və 3 praktiki təlim, əlavə olaraq 2-3 saatlıq imtahan)
Həftədə 2 dəfə, saat: 19:00-21:00
Kursa daxildir:
- 20 saat təlim / 2-3 saatlıq imtahan;
- Sertifikatların təmini;
- Video qeydlər (praktiki dərslərin) və təlim materialları;
- Coffee break.
Proqram: Nəzəri hissə
VM 103-109 maddələr
- Vergi ödəyiciləri, vergitutma obyekti və vergidən azadolmalar, gəlirdən çıxılan və çıxılmayan xərclər, testlər və məsələlər.
VM 110-114 maddələr
- Faiz xərclərinin gəlirdən çıxılması, amortizasiya ayırmaları, testlər və məsələlər.
VM 115-121 maddələr
- Təmirlə bağlı xərclərin, sosial sığorta ayırmalarının gəlirdən çıxılması, zərərin keçirilməsi, testlər və məsələlər.
VM 122-129 maddələr, NK qərarı, DTA-02 forması
- Ödəmə mənbəyində vergilərin hesablanması, güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlirlər, testlər və məsələlər.
VM 130-136 maddələr, AR Prezidentinin Fərmanı
- Gəlir və xərclərin uçotunun aparılması, kassa və hesablama metodları, testlər və məsələlər.
VM 137-148 maddələr, KM Plenumunun qərarı
- Uzunmüddətli müqavilələr, əmtəə material ehtiyatlarının uçotu, maliyyə lizinqi əməliyyatları, aktivlərin təqdim edilərkən gəlir və zərərin müəyyən edilməsi, hüquqi şəxsin ləğvi, yenidən təşkili və yaranması.
VM 149-152 maddələr
- Bəyannamənin, habelə ödəmə mənbəyində vergi bəyannamələrinin təqdim edilməsi, cari vergilərin hesablanması, testlər və məsələlər
Praktiki hissə
MV üzrə bəyannamənin doldurulma qaydaları, kameral yoxlama qaydaları
- Mənfəət vergisi bəyannaməsinin doldurulması qaydaları, malların, xammal və material xərclərinin müəyyənləşdirilməsi qaydaları. Sığorta xərclərinin, faiz xərclərinin, istifadə edilməmiş təmir və amortizasiya fondu məbləğlərinin, mənfəət vergisindən azad olan gəlirlərin və həmin gəlirlərlə bağlı xərclərin, xaricdə əldə edilmiş gəlirlər və onunla bağlı xərclərin bəyannamədə əks etdirilməsi.
MV üzrə bəyannamənin doldurulma qaydaları, kameral yoxlama qaydaları
- Mənfəət vergisi bəyannaməsinin doldurulması qaydaları, malların, xammal və material xərclərinin müəyyənləşdirilməsi qaydaları. Sığorta xərclərinin, faiz xərclərinin, istifadə edilməmiş təmir və amortizasiya fondu məbləğlərinin, mənfəət vergisindən azad olan gəlirlərin və həmin gəlirlərlə bağlı xərclərin, xaricdə əldə edilmiş gəlirlər və onunla bağlı xərclərin bəyannamədə əks etdirilməsi.
MV üzrə bəyannamənin doldurulma qaydaları, kameral yoxlama qaydaları
- Hesabat ilinin xalis mənfəətinin və əvvəlki illərin bölüşdürülməmiş mənfəətinin əks etdirilməsi. Bank kreditləri, o cümlədən xaricdən alınmış kreditlərin, digər öhdəliklərin əks etdirilməsi. Alınmış avansların bəyannamədə göstərilməsi və ƏDV bəyannamələri ilə müqayisəsi. Kreditor borclar və digər öhdəliklərin əks etdirilməsi. Mənfəət vergisi bəyannaməsində illik dövriyyə və əlavə 1-dəki fərqlər ilə əlaqədar daxil olan kameral məktublar. Mənfəət vergisi bəyannaməsinin müvafiq xərclər sətrinin ÖMV bəyannaməsindəki sətirlər ilə qarşılaşdırması əsasında daxil olan kameral məktublar. Mənfəət vergisi bəyannaməsinin muzdlu və qeyri-muzdlu işlə əlaqədar vergi bəyannaməsi ilə qarşılaşdırması əsasında daxil olan kameral məktublar. Mənfəət vergisi bəyannaməsinə AVİS-dən kənar daxil olan məktublar. Kameral məktublarda əks etdirilən uyğunsuzluqların dəqiqləşdirilməsi və müvafiq şəkildə cavablandırılması.
Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/
Əlaqə:
📞+994 12 310 09 29📱+994 50 225 82 05
Ünvan: Caspian Plaza