Mühasibat uçotunun qurulması xidməti

Bakıda mühasibatlığın qurulması xidmətini sifariş edin

Accounting.Az konsaltinq şirkəti sizə öz xidmətlərini təklif edir. Şirkətin təklif etdiyi xidmətlərin əhatəsi genişdir. Əgər mühasibatlığın düzgün təşkilində çətinliyiniz varsa, mühasibat uçotunun qurulması xidmətini seçin.

Xidməti sifariş etmək asandır, “Əlaqə” səhifəsinə keçid alın, sizin üçün rahat əlaqə vasitəsini seçin və müraciət edin.

Bizimlə siz:

  • mühasibatlığı qanuni quracaq;
  • maliyyənizə nəzarət edəcək;
  • uçot işçilərinin səhvi ilə bağlı itkilərin qarşını alacaqsınız.

Peşəkar qurulmuş mühasibatlıq uğurun əsasıdır

Mühasibatın aparılması və informasiya istifadəçilərinə məlumatların verilməsi qaydaları qanunvericilikdə təsbit olunub və  “Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının  qanunu” ilə nizamlanır. Eyni zamanda şirkətlər lokal normativ aktlarla, qanuna zidd olmamaq şərti ilə,  mühasibat və maliyyə uçotu üzrə öz qaydalarını da müəyyən edə bilərlər.

Banner

Müəssisələrdə mühasibat uçotunun qurulması zamanı tələb olunun əsas sənəd “Uçot siyasəti”dir. Bu sənədə əlavə kimi aşağıdakılar da hazırlanır:

  • İşçi hesablar planı;
  • Müəssisədə sərbəst hazırlanmış ilkin uçot sənədlərinin forması;
  • İlkin uçot sənədlərini hazırlamaq səlahiyyəti olan şəxslərin siyahısı;
  • Sənəd dövriyyəsi qrafiki;
  • İnventarizasiyanın keçirilmə qaydası;
  • Təhtəlhesab şəxslərin siyahısı;
  • Mühasibat və vergi uçotu registrləri;
  • ƏDV üzrə uçotun (ayrılmış) aparılması qaydaları.

Bundan başqa maliyyə hesabatlarının tərkibi, sahibkarlıq subyektlərinin bölgü meyarlarına görə onlardan istifadə qaydaları müəyyən edilir. Bunlar sahibkarlıq subyektlərində mühasibat uçotunun qurulması üçün lazım olan tələb olunan işlərin heç də hamısı deyil. Bunlardan imtina etmək olarmı? Xeyr – mühasibat uçotunun aparılması məcburidir (“Mühasibat uçotu haqqında qanun”, maddə 3).

Bizimlə əlaqə saxlamaqla siz peşəkar mühasibatlıq xidmətləri alacaq və eyni zamanda tam ştatlı işçinin əmək haqqına qənaət etmiş olacaqsınız. “Geriyə zəng” xidmətindən yararlanın, nömrə saxlayın, biz zəng edək.

Xidməti Accounting.Az konsaltinq şirkətində sifariş etməyə dəyərmi?

Əlbəttə, müştərilərimiz də bizi tövsiyə edir:

“Smart Recourses Group” MMC:

Uzunmüddətli əməkdaşlıq zamanı “Accounting.Az” MMC-nin mütəxəssisləri özlərini yüksək səviyyəli peşəkarlar kimi  təsdiq ediblər. Şirkətdə formalaşmış komandanın üzvləri öz işini bilən, qarşıya qoyulan vəzifələrə diqqətlə yanaşan mühasiblər, auditorlar, vergi uçotu mütəxəssisləridir.

“Smart Recourses Group” MMC olaraq “Accounting.Az” MMC konsaltinq şirkətini etibarlı tərəfdaş kimi tövsiyə etməkdən məmnunam və ümid edirəm ki, onlarla əməkdaşlığınız səmərəli olacaq.

Bütün rəylərə keç:

Yeni biznesə  başlayanlar üçün mühasibat uçotunun sıfırdan qurulması vacibdir. Uçotun düzgün qurulması biznesin inkişafı üçün əsasdır.

Bir az uçot siyasəti haqqında

Uçot siyasəti – uçotun qaydalarını, onun ayrı-ayrı xüsusiyyətlərini, habelə maliyyə hesabatlarının təqdimatı zamanı mühasibat uçotu subyektlərinin tətbiq etdiyi prinsipləri, əsasları, şərtləri və yanaşmaları özündə əks etdirir. Onun vahid forması yoxdur, qanunvericilikdə bu anlayış və onun hazırlanmasına bəzi tələblər verilib. Uçot siyasəti şirkətin özü tərəfindən tərtib edilir.

Bu sənədin mühasibat uçotunun qurulması prosesində hazırlanmasında əsas məqsəd:

  1. mühasibat  və vergi uçotunun aparılması qaydalarını izah etmək;
  2. ona əsaslanaraq maliyyə hesabatları hazırlanmasıdır.

Bəzən uçot siyasəti:

  • məlumatların işlənməsini;
  • sənəd axınını;
  • inventarizasiya proseslərini tənzimləyir.

Bu sənəddə mühasib uçot registrlərinin və işçi hesablarının formalarını tapa bilər. Tutaq ki, baş mühasib işdən çıxır, bu zaman uçot siyasəti kənardan kömək olmadan onu əvəz edən şəxsə işə asanlıqla qoşulmağa kömək edir.

Uçot siyasəti hazırlandıqdan sonra, həmin sənəd müvafiq əmrlə qüvvəyə minir.

Accounting.Az şirkətlər üçün sərfəli qiymətlərlə kadr və vergi uçotu, habelə  hüquqi dəstək xidmətləri də təklif edir.

Xidmətin qiyməti

Mühasibat uçotunun qurulması xidmətinin dəyəri müəssisənin profilindən, işçi heyətindən, şirkətin vergi sistemindən, əməliyyatların həcmindən asılıdır. Sizin gəliriniz qiymətin formalaşmasına təsir etmir. Biz lüzumsuz xidmətlər təklif etmirik, siz yalnız qanunvericiliyə uyğun aparılan mühasibat uçotunun qurulması üçün zəruri əməliyyatlara görə ödəniş edirsiniz.

Bizə zəng edin: +99412 310 09 29  yaxud  +99412 598 37 98, mütəxəssislərimiz fəaliyyət sahəsindən asılı olaraq uyğun tarifi seçəcəklər. Biz sizə şirkətinizin vergi siyasətini optimallaşdırmağa da kömək edə bilərik.