Kadr uçotunun aparılması xidməti

birbank biznes

Accounting.Az konsaltinq şirkəti kadr uçotu xidmətlərini təklif edir. İşçilərlə əmək münasibətlərini Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmək üçün şirkətin mütəxəssislərinin bilik və təcrübəsindən yararlanın.

Əlaqə üçün telefon nömrələri : +99412 310 09 29, +99412 598 37 98

WhatsApp: +99450 225 82 05

“Geriyə zəng” xidmətindən istifadə etmək olar.

Kadr uçotunun aparılması: xidmətin məzmunu

Mülkiyyət formasından və işçilərin sayından asılı olmayaraq hər bir müəssisədə kadr uçotunun aparılması zəruridir. Kadr kargüzarlığının qanunun tələblərinə uyğun olması təkcə Dövlət Əmək Müfəttişli Xidmətinin istənilən vaxt yoxlama aparmaq səlahiyyətinin olması ilə bağlı deyil. İşə qəbul, işdən çıxarılma, vəzifə yerdəyişmələri, məzuniyyət, əməkhaqqı hesablamaları və s. ilə bağlı sənədlərinin düzgün rəsmiləşdirilməsi işçilərlə münaqişə riskini azaldır. Bu həm də  kollektivdə nizam-intizamı və sağlam iş mühitini qorumağa kömək edir.

İnsan resursları ilə bağlı işlər lazımı səviyyədədirsə, menecer aşağıdakı suallara operativ cavab ala bilər:

  • onun komandası nə qədər səmərəli işləyir və bu səmərəliliyi necə artırmaq olar?
  • şirkətdəki motivasiya sistemi rəqabətə davamlıdırmı?
  • kadrlar biznesin məqsədlərinə cavab verirmi?
  • işçilər öz bacarıqlarını daimi artırırlarmı?
  • əmək intizamının səviyyəsi hansı dərəcədədir?
  • kadr axını necədir, əgər yüksəkdirsə buna səbəb nədir?

Yəni bütövlükdə müəssisənin səmərəliliyi, həm də insan resursları idarəçiliyinin keyfiyyətindən asılıdır. Bu səbəbdən  kadr uçotunun aparılması işini peşəkarlara həvalə etmək daha məqsədəuyğundur.

Autsorsinq əsaslı xidmətlər təklif edən  Accounting.Az konsaltinq şirkəti kadr kargüzarlığı sahəsində ixtisaslaşan təcrübəli mütəxəssisləri  ətrafında birləşdirib.

AccountingAz konsaltinq şirkəti, bu xidmət çərçivəsində, bunları öhdəsinə götürür:

  • ştat cədvəllərinin tərtib edilməsi;
  • işə qəbul üçün sənədlərin hazırlanması, əmək müqaviləsi üzrə əməliyyatlar;
  • əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
  • iş qrafikləri və növbələrini tərtib etmək;
  • məzuniyyət cədvəlinin tərtibi;
  • əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı müavinətlərin sənədləşməsi;
  • müxtəlif sorğular üzrə təyinatı üzrə arayışların hazırlanması;
  • kadr uçotunun aparılması, habelə müəssisənin fəaliyyəti ilə bağlı əmrlərin işlənməsi;
  • fərdi məlumatlarla işləmə qaydalarına əməl edilməsinə (məlumatların qəbulu, emalı, saxlanması, ötürülməsi və s.) nəzarət;
  • əməkdaşların attestasiyası və qiymətləndirilməsi haqqında əsasnamələrin, formaların tərtib edilməsi;
  • əmək intizamına nəzarət;
  • hərbi uçot üzrə sənədləşmələr;
  • dövlət orqanlarına qanunvericiliklə müəyyən edilmiş hesabatların təqdim edilməsi.

Şirkət həmçinin birdəfəlik xidmətlər də təklif edir, məsələn:

  • kadr uçotunun bərpası;
  • audit xidmətləri;
  • kadr sənədlərinin hazırlanması (əmək müqavilələri, vəzifə təlimatları və s.);
  • kadr kargüzarlığı üzrə məsləhətlər.

Kadr uçotunun aparılması xidmətinin  faydaları

  • qənaət;
  • fasiləsiz dəstək;
  • keyfiyyət;
  • kompleks yanaşma.

Xidmət üzrə qiymətlər

Accounting.Az konsaltinq şirkəti qiymətlərin müəyyən edilməsi üçün müştərilərlə fərdi ünsiyyətə üstünlük verir, çünki hər müəssisədə insan resurslarının idarə edilməsinin spesifik xüsusiyyətləri olur. Qiymətə işçi sayı, fəaliyyətin daimiliyi yaxud mövsümi olması, şirkət üçün kadr vacib əməliyyatların sayı, sifarişin icra müddəti kimi fərqli amillər təsir edir. Şirkətlə əlaqə saxlamaq asandır, ofis Bakıda rahat məkanda yerləşir. Sizin üçün daha rahat ünsiyyət vasitəsi seçin, kadr uçotunun aparılması xidməti haqqında daha çox məlumat alın. İnsan resursları üzrə sənədləşməni peşəkarlar həvalə edin.