İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün vergi hesabatları ilə bağlı güzəşt varmı?

birbank biznes

vahid bəyannamənin doldurulması, bank məlumatları, vergi güzəşti, malların alışı, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, Qeyri-rezidentin gəliri, sahibkarlıq fəaliyyəti, Əmtəə nişanlarının təkrar istifadəsiİşğaldan azad edilmiş ərazinin rezidenti olan müəssisəmiz Kəlbəcərdə ictimai iaşə xidmətləri göstərir. Vergi Məcəlləsinə görə, müəssisəmiz vergilərdən azaddır. Bu halda, müəssisə mənfəət vergisi bəyannaməsini təqdim etməlidirmi və bəyannamənin təqdim olunması ilə bağlı fərqli bir müddət müəyyən edilibmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti həmin ərazidəki fəaliyyəti ilə bağlı vergi hesabatlarını bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edir.

Belə ki, işğaldan azad edilmiş ərazinin rezidentləri üçün vergi hesabatlarının təqdim olunmasında fərqli qayda müəyyən edilməyib və həmin vergi ödəyiciləri vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edirlər.

Buna əsasən, müəssisə tərəfindən mənfəət vergisinin hesabatı hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə, habelə vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 57.1-ci, 58.15-ci, 149.2-ci və 229-cu maddələri.

Mənbə: vergiler.az