fbpx
Home » Vergi » İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?

İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?

birbank biznes

kassa, vergi, Kənd təsərrüfatı,Sual: Bilmək istəyirdim ki, Vergi Məcəlləsinin 16.1.8.2-ci maddəsi idxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışına şamil edilirmi?

Cavab: Bildiririk ki, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməli olmayan fəaliyyət növlərinə aid edilmiş və belə fəaliyyətlə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalarını forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Qeyd olunan maddədə məhsulların yerli istehsal və ya idxal olunmuş məhsul olması şərtləndirilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu maddələri.

Mənbə: muhasibat.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bax:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!