Sual: Mən öz şəxsi avtomobilimlə mağaza və bazarlardan kənarda (səyyari qaydada) ərzaq məhsulları sataraq pərakəndə ticarətlə məşğul oluram. Mən fərqlənmə nişanı və ya xüsusi fərqlənmə nişanı almalıyammı?
Cavab: Bildiririk ki, şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” almalıdır.
“Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyicilərinin müraciətindən sonra beş iş günü ərzində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.
Əsas: Vergi Məcəlləsinin 221.4.9-cu maddəsi.
Mənbə: muhasibat.az
Bax:
-
Xaricdə göstərilən xidmətə görə ödəniş zamanı ÖMV və ƏDV tutulmalıdır?
-
İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?
-
Gəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?
-
Hüquqi şəxs olaraq xidmət fəaliyyəti göstərən müəssisə sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
-
Ölkə hüdudlarından kənarda internet-biznes fəaliyyəti üçün VÖEN-i necə açdırmalı?
-
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?