ƏDV bəyannaməsini necə hazırlamalı?

birbank biznes

ƏDV bəyannaməsiYeni başlayan mühasiblərin çətinlik çəkdiyi məsələlərdən biri də ƏDV bəyannaməsi-nin hazırlanması olur. Çətinliyin əsas səbəbi isə bəyannaməni tam halda görə bilməməkdir. Uzun illər əvvəl bu problemi mən də yaşamışam, ona görə də işi asanlaşdıracaq bir vasitəni yazsam yeni başlayanların köməyinə çata bilər.

Çalışın ki, Bəyannaməni BTP-yə yığmazdan əvvəl bir Excel faylına yığılsın. Bu faylı Siz özünüzə uyğun şəkildə yarada bilər və ya mənim əlavə etdiyim nümunə faylın üzərində dəyişiklik edib istifadə edə bilərsiniz. (fayl sadəcə olaraq nümunədir, rəqəmlər şərtidir, faylda 166-cı maddə manual olaraq hesablanmalıdır – fayl orta çətinliklidir, lap yeni başlayanlar üçün daha sadə variantları mümkündür).

Yaxşı olardı ki, hər bir yeni başlayan mühasib özünə uyğun bir fayl yaratsın. Məsələn elə şirkət var ki, heç zaman qeyri-rezidentə ödəmə etmir və ya YGB-si olmur. Bu halda bu bölmələrin saxlanmasının mənası yoxdur.

ƏDV bəyannaməsinin hazırlanması üçün köməkçi Excel faylının yeni başlayan mühasiblər üçün aşağıdakı üstünlüyü var:

1) Mühasib özü baxarkən tam şəkildə hər şey ona aydın olur.

2) Əvəzləşdirmələri rahat şəkildə edə bilir.

3) Kameral məktuba rahat şəkildə cavab yaza bilir

4) Rahat başa düşülən olduğundan ƏDV bəyannaməsi verilmədən öncə rəhbərliyə verilir (“bu borc hardan yarandı?” sualı olmur)

5) Vergi yoxlaması zamanı Vergi müfəttişinə təqdim edilir, hətta onun da veriləcək əlavə sualı qalmır.

Qeyd:  Biz professional mühasiblər üçün ƏDV bəyannaməsinin hazırlanması üçün mükəmməl bir fayl yaratmışıq, (faylın üstünlüyü 166-cı maddənin avtomatik hesablanması, uçotun qurulması və audit zamanı hətta bir neçə ilin ƏDV bəyannaməsinin cəmi yarım saat içində hazırlanması və yoxlanılmasının mümkünlüyü və bir sıra başqa üstünlükləri var)

Bunu gələcək dərslərimizdə və ya video şərhlə birlikdə təqdim etməyi planlaşdırırıq.

Faylı yükləyin: ƏDV Bəyyannaməsi (orta çətinlikli) (978 downloads )
Müəllif: Ramin Ramazanov

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dünya ölkələrində vergi sistemi
ƏDV bəyannaməsi EDV beyannamesi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *