fbpx
Home » Təsisçi » Təsisçi avadanlığı borc yoxsa əvəzsiz qaydada verməlidir?

Təsisçi avadanlığı borc yoxsa əvəzsiz qaydada verməlidir?

birbank biznes

təsisçiSual: Tibb sahəsində MMC yaradılıb (klinika), təsisçi xanım həm də rəhbərdir. Xanımın qaynatası 50% – 50% təsisçi olmaq üçün MMC-yə əvəzsiz tibbi avadanlıqlar verə bilər? Yoxsa ancaq həmin avadanlıqları təsisçi kimi borc verə bilər?

Cavab: Bildiririk ki, müraciətinizdə qeyd olunan şəxs mülkiyyətində olan avadanlıqları həm təsisçi kimi, həm də təsisçi olmadan hüquqi şəxsə təqdim edə və ya istifadəyə verə bilər.

Bu halda tərəflər arasında alğı-satqı və ya icarə müqaviləsi bağlanmalıdır.

Şəxs avadanlıqları müəssisəyə əvəzsiz təqdim etdiyi halda, təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir. Eyni zamanda, qeyd olunan aktivin  bazar qiyməti müəssisənin satışdankənar gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.

Şəxs hüquqi şəxsin təsisçisi olduğu halda, avadanlıqları nizamnamə kapitalına qoyuluş olaraq da təqdim edə bilər və bu halda hər iki tərəf üçün vergi öhdəliyi yaranmır.

Kommersiya hüquqi şəxslərin məlumat dəyişikliyi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar ilə saytımızın “Bir pəncərə”  bölməsində tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/kommersiya-ve-publik-huquqi-sexslerin-melumat-deyisikliyi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
error: Content is protected !!