2019-cu ildə səyyar vergi yoxlamaları 44 faiz azalıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, aparılan islahatlar vergi daxilolmalarına da müsbət təsir göstərib. Keçən il qeyri-neft sektorunda 9,2 faiz artım olub. Kölgə iqtisadiyyatına birbaşa bağlı olduğundan istehsal sahəsində büdcəyə hesablamalar 34,6 faiz, ticarət sahəsində isə 7,2 faiz artıb.