Sual: 15.01.2020-ci il tarixində vergi uçotuna alınmışam və pərakəndə ticarətlə məşğulam. Obyektimdə Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları quraşdırmışam. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlana bilərəmmi? (vergi ödəyiciləri)
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin “Qeyd” hissəsinə əsasən, bu qrafik təsdiq edildikdən sonra yeni uçota alınmış təsərrüfat subyektlərində (obyektlərində) qrafikə uyğun quraşdırılacaq nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.
Bundan əlavə, nəzarət-kassa aparatı 2019-cu il yanvarın 1-dən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədiyi halda, nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir. Qeyd olunanlara əsasən, 1 yanvar 2020-ci il tarixdən vergi uçotuna alınaraq sahibkarlıq fəaliyyəti göstərən şəxslərin ticarət obyektlərində quraşdırılmış və qanunla müəyyən edilmiş tələblərə cavab verən nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.
Əsas: Vergi Məcəlləsi, 77.7-ci maddə.
Mənbə: taxes.gov.az
vergi ödəyiciləri
Bax:
ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən ƏDV-nin əvəzləşdirilməsi
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
Aliment vergilər tutulduqdan əvvəl yoxsa sonra alınır?
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?
Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir?
Vergi Məcəlləsinin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir?