Sual: EVHF tətbiqi ilə əlaqədar sual ünvanlamaq istəyirəm. Belə ki, nəqliyyat vasitəsi ilə satışı həyata keçirən bir müəssisə (məsələn, quş əti satışı, süd məhsulları satışı) gün ərzində vergi ödəyicisi kimi qeydiyyatda olmayan yüzlərlə müştəriyə pərakəndə məhsullar satırsa, vergi məqsədləri üçün satışın rəsmiləşdirilməsi kimi hansı vasitədən istifadə edə bilər? Kağız köhnə qaimə formalarının yazılması kifayətdirmi? (Pərakəndə satış)
Cavab: Bildiririk ki, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər və bu zaman nağd vəsaitin müqabilində həmin şəxslər pərakəndə qaydada mal alan şəxsə forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.
Əsas: Vergi Məcəlləsinin 16.1.8.3-cü və 16.1.9-cu maddələri, Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04 aprel 2016-cı il tarixli Q-09 №–li Qərarı.
Mənbə: muhasibat.az
NKA
Bax:
-
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
-
Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?
-
Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir?
-
Şəxsi avtomobil vasitəsi ilə satış edənlər fərqlənmə nişanı almalıdır?
-
Malların təqdim olunması prosesində rəsmiləşdirmə
-
Əmtəəsiz əməliyyatlar və riskli vergi ödəyicisi
-
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?
-
Topdansatış fəaliyyətinin vergiyə cəlb olunması haqqında