Sual: Fiziki şəxsin əlavə iş yeri olduqda, əlavə iş yerindən ona ödənilən əmək haqqından gəlir vergisi hansı formada tutulur?
Cavab: Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Sorğunuzda qeyd olunan şəxsin ikinci iş yeri dövlət sektoru olarsa, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissədən 25 faiz dərəcə ilə vergi hesablanır. İkinci iş yeri müvafiq meyarlara əsasən neft-qaz olmayan və qeyri-dövlət sektoru hesab olunduğu halda 101.1-1–ci maddəyə əsasən, 8000 manata qədər 0 faiz dərəcə ilə, 8000 manatdan artıq məbləğdən 14 faiz dərəcə ilə vergi hesablanır.
Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.
Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 101.1-2-ci, 102.8-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.
Mənbə: muhasibat.az
Bax:
-
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
-
ƏDV ödənişində maraq doğuran suallar
-
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
-
Təsisçi avadanlığı borc yoxsa əvəzsiz qaydada verməlidir?
-
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
-
Sosial xarakterli xərclər hansılardır?
-
Kommunal xərclərə görə icarəyə verənə təqdim edilən e-qaiməni icarəçi xərc kimi nəzərə ala bilər?