Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?

birbank biznes

Sual: İşlədiyim təhsil müəssiəsinə vergi güzəşti olması barədə (vəfat etmiş döyüşçülərin övladlarına her hansı muzdlu işdə vergi güzəşti) arayışı 2019-cu ilin dekabrında təqdim etmişəm, amma bu qanun 01.01.2019-cu il tarixindən qüvvəyə minib. Bilmək istərdim ki, mən əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi, yəni 11 ay ərzində artıq hesablanmış məbləği ala bilərəm?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Mənbə: muhasibat.az

Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun