Kommunal xərclərə görə icarəyə verənə təqdim edilən e-qaiməni icarəçi xərc kimi nəzərə ala bilər?

VÖEN, Müəssisədaxili intizam qaydaları,Sual: İcarəyə verən icarəyə verilmiş obyekt üzrə qaz xərclərini “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş e-qaimə-faktura əsasında ödəyir. Lakin həmin qazdan icarəçi istifadə edir. İcarəçinin bir sıra texniki səbəblərdən rəsmi sayğacı olmasa da, daxili sayğacı var. Yəni ay ərzində istifadə edilmiş təbii qazın həcmini müəyyən etmək mümkün olur.

Bu halda:

1) İcarə müqaviləsində müvafiq şərtlər nəzərə tutulmaqla, icarəyə verən icarəçi tərəfindən istifadə edilmiş təbii qaza görə icarəçiyə e-qaimə-faktura verə bilərmi? Belədə icarəyə verən qeyd edilən əməliyyatın dəyərini gəlirinə və xərcinə hansı qaydada daxil etməlidir?

2) İcarə müqaviləsində müvafiq şərtlər nəzərdə tutulmaqla, “Azəriqaz” İB tərəfindən icarəyə verənə təqdim edilmiş elektron qaimə-faktura üzrə təbii qazın dəyərini icarəçi ödədikdə icarəyə verən və icarəçi tərəfindən həmin məbləğ gəlirə və (və ya) xərcə hansı qaydada daxil edilməlidir?

Cavab: İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Banner

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun