Mayın 28-də icbari sığorta şəhadətnamələrinin VÖEN üzrə satışı və hadisələrin VÖEN üzrə qeydiyyatında fasilə yarana bilər.
Bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verilir.
Məlumata görə, həmin gün İqtisadiyyat Nazirliyinin informasiya sistemlərində aparılan profilaktik işlərə görə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi VÖEN servisinin fəaliyyətində fasilə yaranacaq.
Mənbə: report.az









