Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?

Əvvəlki illərin Məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?

bazar qiyməti, ƏDV-nin hesablanması

Sual: İşçinin məzuniyyətə getmə vaxtı 01.02.2019-cu ildə başlayır. İşçi məzuniyyət istəmir, məzuniyyətin əvəzində kompensasiya istəyir. Yanvar ayında əmək haqqı 220.00 manat, kompensasiya isə 217.10 manat hesablanır. Yanvar ayında həmin işçiyə cəmisi hesablanmış əmək haqqı və kompensasiya 437.10 manat təşkil edir.

Bu məbləğ üçün Məcburi Dövlət Sosial Sığorta necə hesablanmalıdır?

Hər məbləğdən ayrı  – ayrılıqda 200 manat çıxıb yerdə qalanı 10 % və 15 % cəlb etmək. Yoxsa cəmisi 437.10 manatdan 200.00 manat çıxıb yerdə qalanı 10% və 15% cəlb etmək.

Banner

Cavab: Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri.

Mənbə: muhasibat.az

Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun