Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.
Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.
Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Əsaslandırma: Vergi Məcəlləsinin 201.3-cü maddəsi.
Mənbə: sosial.gov.az
Bax:
İcarədə olan binanın təmir xərclərinin hesablanması
Büdcə təşkilatlarında işçilərin ezamiyyə xərclərinin hesablanması
Dividendlərin vergiyə cəlb edilməsi
Hansı mallara görə ödəmə mənbəyində vergi hesablanır?
Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin vergi güzəştləri və azadolmalar barədə