Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin vergi güzəştləri və azadolmalar barədə

birbank biznes

Borc məbləğləri, Barter əməliyyatları, Cari vergi ödəmələri, Kameral uyğunsuzluq, Riskli vergi ödəyicisi, Kassa metodu, Kameral vergi yoxlaması, nizamnamə kapitalı, vergi ödəyicilərinin mənfəəti, Xidmətlərin göstərilməsi, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi tutulan əməliyyatın vaxtı, dividendlər, vergi güzəştləri, maliyyə dəstəyi, vergi borcu, Vergi Məcəlləsi, vergi mükəlləfiyyəti, ƏDV məqsədləri, riskli vergi ödəyicisi, Əmtəəsiz əməliyyat, Debitor borclar, Fiziki şəxs, Vergi Məcəlləsi, maliyyə sanksiyası, gəlir vergisi, təsis payı, kassa, vergi, Kənd təsərrüfatı,– Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən

– Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşmiş vergidən

– Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı Əlavə dəyər vergisindən

– Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

 – Fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azaddır.

Əsaslandırma: Vergi Məcəlləsinin 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 164.1.33-cü, 164.1.34-cü, 199.9.-cu, 218-1.1.1.-ci maddələri

Mənbə: taxes.gov.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun