Sual: Müəssisə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir. Təsisçi satışdan mədaxil olan pul vəsaitlərini bankdan ilin ortalarında hansı qaydada məxaric edə bilər?
Cavab: Bildiririk ki, təsisçi hüquqi şəxsdən pul vəsaitlərini xalis mənfəətin bölüşdürülməsi nəticəsində, dividend şəklində əldə edə bilər.
Divivend dedikdə hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş başa düşülür.
Mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsinə uyğun olaraq səhmdar cəmiyyət nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər.
Мülki Məcəllənin 90-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.
Mənbə: taxes.gov.az
Bax:
Turagentin əldə etdiyi komisyon haqqı ilə bağlı vergi öhdəliyi
Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi
Əcnəbilərin gəlirləri vergiyə necə cəlb olunur?
Xarici ölkələrə ezamiyyə xərclərinin hesablanması
Benzin və dizel yanacaqlarının satın alınması zamanı əvəzləşdirmə
Gəlir vergisindən güzəşt hüququ əldə etmək üçün hansı sənədlər təqdim edilməlidir?