“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, kommunal xərclərin ödənilməsi üzrə hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, kommunal xidmət haqlarını nağd qaydada qəbul edən şəxsə əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Eyni zamanda, Mənzil Məcəlləsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
Qeyd edilənlərə əsasən, Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə uyğun olaraq kommunal xidmətlərə aid edilən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Bundan başqa, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib.
Mənbə: vergiler.az
Bax:
Təsisçi il başa çatmamış dividend götürə bilər?
Əcnəbilərin gəlirləri vergiyə necə cəlb olunur?
Xarici ölkələrə ezamiyyə xərclərinin hesablanması
Nəzarət-kassa aparatı çeklərində hansı məlumatlar olmalıdır?
Benzin və dizel yanacaqlarının satın alınması zamanı əvəzləşdirmə
Gəlir vergisindən güzəşt hüququ əldə etmək üçün hansı sənədlər təqdim edilməlidir?