Statistika hesabatlarının təqdimetmə müddətləri dəyişdirilib

statistika hesabatlarıDövlət Statistika Komitəsi “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” qərarında dəyişiklik edib. Dəyişiklik rəsmi statistika hesabatı ilə bağlıdır. (Statistika hesabatları)

İndiyə qədər kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, kiçik sahibkarlıq subyektləri isə rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək hesabatı yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməli idi. Qərara əsasən, kiçik sahibkarlıq subyektlərinin rəsmi statistika hesabatını təqdlim etməsi müddəti dəyişib, publik hüquqi şəxslər, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatlarının rəsmi statistika hesabatını təqdim etməsi müddəti dəqiqləşib.

Bundan sonra kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək, mikrosahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək yerləşdikləri rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim etməlidir.

Qərar fevralın 14-dən qüvvəyə minib.

Banner

Mənbə: apa.az

statistika hesabatları


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bax:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *