Dünyada ən yüksək inflyasiyanın olduğu ölkənin adı açıqlanıb

birbank biznes

yüksək inflyasiyaHesablamalarına görə, Zimbabve ötən ilin yekunlarına görə dünyada ən yüksək inflyasiyaya (243,8 faiz) malik ölkə olub.

Həmçinin bu göstərici üzrə liderlər arasında Venesuela (234 faiz) və Livan (122 faiz) da var. Türkiyə altıncı (64,3 faiz) olub. Avropa dövlətlərindən 17 ölkə ilk top-50-də yer alıb. İnflyasiya ən çox Moldovada (30,2 faiz), Ukraynada (26,6 faiz), Macarıstanda (24,5 faiz), Litvada (21,7 faiz) və Latviyada (20,8 faiz) sürətlənib.

Rusiya 11,9 faizlik göstərici ilə 52-ci yerdə qərarlaşıb. Rusiyanın qonşuları arasında qiymət artımının ən yüksək templəri Qazaxıstan (20,3 faiz), Qırğızıstan (14,7 faiz) və Azərbaycanda (13,9 faiz) qeydə alınıb. Belarus və Özbəkistanda inflyasiya müvafiq olaraq, 12,8 və 12,3 faiz təşkil edib.

Ən aşağı inflyasiya Çində (1,8 faiz) qeydə alınıb. 2022-ci ildə dünyada deflyasiya olan yeganə ölkə qiymətlərin 11,6 faiz ucuzlaşdığı Cənubi Sudan olub.