Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik?

birbank biznes

ƏDVSual: Bilirik ki, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət və qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azad olunur.

Sualım belədir: Həmin müavinət məbləğləri ƏDV bəyannaməsində (muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması bölməsində) və muzdlu işlə əlaqədar ÖMV bəyannamələrində əks edilməlidirmi?

Cavab: Bildiririk ki, hamiləliyə və doğuma görə müavinət muzdlu işlə əlaqədar alınan gəlirin tərkib hissəsi kimi “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 330-cu və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 901-ci sətrində, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət müavinəti kimi isə aylıq gəlirin həcmindən asılı olaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 901.2.2.3-cü və ya 901.3.2.3-cü sətrində əks etidirilməlidir.

Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 6-cı maddəsi və Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dünya ölkələrində vergi sistemi
ƏDV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *