Sual: Müəsisənin 2017-ci ildə amortizasiya hesablanması qanunvericiliyə əsasən 200 000 manat, 2018-ci ildə isə 175 000 manat edir. Lakin 2017-ci il üçün 100 000 manat , 2018-ci il üçün isə 75 000 manat amortizasya hesablanıb hesabatlara daxil edilib. 2019-cu il üçün müəssisə 2017-ci və 2018-ci ildə hesablanmayan amortizasiyanı hesablayıb 2019-cu ilin xərcinə sala bilərmi?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı normalar tətbiq edildiyi halda yaranan fərqin sonrakı illərdə gəlirdən çıxılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 114.4-cü maddəsi.
Mənbə: muhasibat.az
Bax:
-
Hansı ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb edilmir?
-
İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?
-
Şəxsi avtomobil vasitəsi ilə satış edənlər fərqlənmə nişanı almalıdır?
-
Malların təqdim olunması prosesində rəsmiləşdirmə
-
Ölkə hüdudlarından kənarda internet-biznes fəaliyyəti üçün VÖEN-i necə açdırmalı?
-
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?
-
Topdansatış fəaliyyətinin vergiyə cəlb olunması haqqında
-
Xaricdən alınan xidmətdən imtina olunduqda bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılmalıdır?