Sual: Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı (xəstəlik vərəqəsinə əsasən) sığortaedənin vəsaiti hesabına ödənilən müavinətdən 0,5% işsizlikdən sığorta haqqı tutulurmu? Suala “bəli” və ya “xeyr” olaraq dəqiq cavab verməyinizi xahiş edirəm. Əgər tutulursa hansı maddəyə və ya tutulmursa hansı maddəyə və qanunvericiliyə əsaslanmalıyıq?
Cavab: Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.
Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Qeyd edilənlərə əsasən, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.
Mənbə: muhasibat.az
Bax:
-
Xaricdə göstərilən xidmətə görə ödəniş zamanı ÖMV və ƏDV tutulmalıdır?
-
İdxal olunmuş kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar satışı necə rəsmiləşdirilir?
-
Şəxsi avtomobil vasitəsi ilə satış edənlər fərqlənmə nişanı almalıdır?
-
Malların təqdim olunması prosesində rəsmiləşdirmə
-
Ölkə hüdudlarından kənarda internet-biznes fəaliyyəti üçün VÖEN-i necə açdırmalı?
-
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?
-
Əlilliyi olan şəxslər üçün vergi güzəşti