Hazırda sığorta bazarında 5 həyat sığorta şirkəti tərəfindən təklif edilən yığım sığorta məhsulları şəxsin əməkhaqqısının müəyyən hissəsini sosial sığorta və vergidən azad etməyə, həmin yığımları isə sığorta müddətinin sonunda depozit faizi də əlavə edilməklə əldə etməyə imkan verir. Bu yazıda yığım sığortası barədə əsas nüansları qeyd edəcəyik.
Mövcud sığorta bazarında bu sığorta şirkətləri yığım sığortası məhsulunu təklif edir:
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC
https://ateshgah-life.com/product/heyatin-yigim-sigortasi
“Meqa Həyat” Sığorta Şirkəti ASC
https://megalife.az/xeber/14-heyatin-yigim-sigortasi-ile-elave-gelir
“Paşa Həyat” Sığorta Şirkəti ASC
https://pasha-life.az/products/hys/
“Qala Həyat” Sığorta Şirkəti ASC
https://www.qala.az/products/insurance_product_capital/
“Xalq Həyat” Sığorta Şirkəti ASC
https://xalqhayat.az/m-hsullarimiz/h-yatin-yasam-sigortasi/
Qeyd etmək lazımdır ki, yığım sığorta məhsulu üzrə yığm müddəti – aylıq sığorta haqqının ödəniş müddəti minimum 3 ildir. Bu müddət ərzində sığorta müqaviləsinin müddəti dayandırıla bilər. Bu 3 illik müddət ərzində minimum 1 aylıq Gross əməkhaqqıdan 50-100 manat məbləği də yığıma ötürmək mümkündür. Hazırki qanunvericilik və təcrübə baxımından şəxsin Gross əməkhaqqısının (vergi və digər ödənişlər çıxılmadan qalan) 45%-dək məbləğdə yığım sığorta haqqı tutulması mümkündür. Bu maksimal məbləğ hesab edilir. Qeyd edək ki, yığım müddətinin sonunda şəxsin sağ qalması yaxud sığorta müqaviləsi müddəti ərzində əvvəlcədən mövcud olmayan xəstəlik və ya bədbəxt hadisə nəticəsində vəfat etməsi halında da sığorta ödənişi verilir.
Göründüyü kimi yığım sığortası məhsulu şəxsin ayda 50 manat kənara qoymaqla 36 ay üçün 1800 manat toplamasından daha çox gəlir əldə etməyə imkan verir. Dövlət sektoru üzrə şəxsin əməkhaqqısı üzrə ödənilən 14% gəlir vergisi və 3% (əməkhaqqıdan) + 22% (əməyin ödənişi fondundan) sosial sığorta haqlarının da 36 ay müddətinə yığılmasına, o cümlədən həmin yığımın üzərinə əmanət faizi hesablanmasına imkan verir ki, bu yekunda şəxsin 36 ay müddətin sonu üçün 3600 manatdan da çox gəlir əldə etməsinə səbəb ola bilir.
Hazırda qüvvədə olan bəzi vergi güzəştləri və azadolmalar