Bir dəfə işsizlikdən sığorta ödənişi almış şəxs onu yenidən nə vaxt ala bilər?

birbank biznes

Sığorta ödənişi almış şəxsə onu yenidən almaq üçün “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə uyğun olaraq və  Dövlət qulluğunda çalışanlar isə  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci və 33.1.3-cü maddələrinə uyğun olaraq işdən azad edildikdə)  uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndinə əsasən işdən azad olunduqda) uyğun olaraq isə 36 ay sığorta stajı tələb olunur.

Mənbə: sosial.gov.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun