Təhtəlhesab vəsaitin sığortaya cəlb olunması

birbank biznes

Təhtəlhesab vəsait, qeyri-yaşayış sahələri, ezamiyyə, Orta əməkhaqqı, bəyannamə, mənfəət vergisi,“İşəgötürən tərəfindən işçiyə verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin məbləğ işsizlikdən sığortaya və icbari tibbi sığortaya cəlb olunurmu?” sualına cavab olaraq Dövlət Vergi Xidməti bildirir ki, işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin vəsaitin məbləği işçinin muzdlu işlə əlaqədar aylıq gəliri hesab edilir və həmin məbləğdən işsizlik və icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əsaslandırılma: Əmək Məcəlləsinin 154-cü, Vergi Məcəlləsinin 98.1, 98.2.7-ci maddəsi, İşsizlikdən sığorta haqqında qanunun 9-cu maddəsi və Tibbi sığorta haqqında qanunun 15-10.1.2-ci maddəsi

Mənbə: vergiler.az


Bax:


TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun