Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri
Fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118.000 manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcının 5 fevral 2020-ci ildə aldığı malın əsas dəyərinin 50.000 manatı satıcının bank hesabına, 9.000 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcının malın, ƏDV daxil olmaqla, tam dəyərini satıcıya ödəmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci ildə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?
Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, ƏDV-nin əvəzləşdirilməsi vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxtdır.
Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fərdi sahibkarın aldığı malların dəyərinin bir hissəsinin və ona mütənasib ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsində ƏDV-nin əvəzləşdirilməsi üçün müəyyən edilmiş şərtlər daxilində, yəni malların alışı zamanı ödənilmiş əməliyyatın dəyəri satıcının bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildiyindən, 5 fevral 2020-ci il tarixində ödənilmiş ƏDV məbləği fevral ayının ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.
Mənbə: muhasibat.az
ƏDV əvəzləşdirmələri
Bax:
Aliment vergilər tutulduqdan əvvəl yoxsa sonra alınır?
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta haqqı necə hesablanır?
Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir?
Şəxsi avtomobil vasitəsi ilə satış edənlər fərqlənmə nişanı almalıdır?
İşçi həm 101.1, həmdə 101.1-1 maddəsindəki dərəcələrlə gəlir vergisinə cəlb edilə bilər?
Əmtəəsiz əməliyyatlar və riskli vergi ödəyicisi
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?
Topdansatış fəaliyyətinin vergiyə cəlb olunması haqqında