Sual: 159.6. maddəyə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Həmin mallar sadələşdirilmiş vergi ödəyicisindən alınarsa və ya ƏDV ödəyicisindən alınıb, lakin əvəzləşdirmək hüququ olmazsa (məsələn Əlavə Dəyər Vergisi nağd ödənilərsə) yaxud ƏDV-ni əvəzləşdirmək hüququ olduğu halda əvəzləşdirmə aparılmazsa 159.6. maddənin müddəaları tətbiq edilir?
Cavab: Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.
Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən isə bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirmək hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır.
Göründüyü kimi malları alarkən Əlavə Dəyər Vergisi ödəyən, lakin ödənilmiş bu Əlavə Dəyər Vergisinin məbləğini əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Bu halda malların ƏDV-nə cəlb olunan əməliyyatlar nəticəsində əldə olunması o deməkdir ki, belə mallar yalnız müəyyən olunmuş qaydada elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməklə və Əlavə Dəyər Vergisi ödəməklə əldə edilmiş olsun. Digər hallarda Vergi Məcəlləsinin bu maddəsinin müddəaları tətbiq olunmur.
Əlavə Dəyər Vergisi ödənilmədən əldə edilmiş əsas vəsaitlərə gəldikdə, Əlavə Dəyər Vergisi qeydiyyatı ləğv edilərkən vergi ödəyicisinin sahibliyində qalan, əvvəllər ƏDV-siz əldə olunan və əldə edilərkən ƏDV-si əvəzləşdirilməmiş əsas vəsaitlər həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Bu halda amortizasiya hesablanan əsas vəsaitlərə ƏDV, həmin əsas vəsaitlərin qalıq dəyərinə əsasən hesablanır.
Əlavə olaraq onu da bildiririk ki, Vergi Məcəlləsinin 161.3-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin Əlavə Dəyər Vergisi nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri Vergi Məcəlləsinin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda Vergi Məcəlləsinin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir.
Məcəllənin 166.4-cü maddəsinin müddəalarına uyğun olaraq Vergi Məcəlləsinin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) malların göndərilməsi vaxtı sayılır.
Mənbə: taxes.gov.az
Bax:
Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olunur?
Gəlirin əldə edilməsi ilə bağlı xərclər
Təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi vergi öhdəliyi yaradır?
Qeyri-yaşayış sahələrinin satışından vergi öhdəlikləri
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
166-cı maddədə “debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt” dedikdə nə nəzərdə tutulur?
Sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?
Bina tikintisi fəaliyyəti zamanı vergi öhdəlikləri
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.