Vergilər Nazirliyi test imtahanının tarixini dəyişdi

birbank biznes

işə qəbul, Vergilər Nazirliyi, vergilər, məsuliyyət, vergi işçiləri, vergi bəyannamələri, E-qaimə,Vergilər Nazirliyi ölkədə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması ilə əlaqədar dövlət vergi orqanlarına işə qəbul prosesinin tarixlərində müəyyən dəyişikliklər edilib.

Məlumata görə, işə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi bu il aprelin 25-də Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Bununla əlaqədar müsabiqəyə sənəd qəbulunun vaxtı da uzadılıb və Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə aprelin 3-də saat 24:00-dək həyata keçiriləcək.

Müsabiqə və test imtahanlarının keçirilməsi ilə bağlı müəyyən edilmiş digər zəruri tələblərə və tarixlərə edilmiş dəyişikliklər barədə ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək mümkündür.

Mənbə: report.az


Bax:


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergilər Nazirliyi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *