POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?
Sual: 2020-ci ilin yanvarın 31-də mal satılıb, ödəniş POS-terminal vasitəsi ilə nağdsız qaydada həyata keçirilib və satış məbləği kassaya daxil edilib, bank hesabına isə fevral ayında mədaxil olunub.
Sual: Həmin əməliyyat yanvar bəyannaməsində, yoxsa fevral bəyannaməsində əksini tapmalıdır?
Cavab: Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.
Buna əsasən, müraciətinizdə qeyd olunan halda nağdsız qaydada aparılan əməliyyata görə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olduğu vaxt sayılır.
Mənbə: taxes.gov.az
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Bax:
Sənədsiz mallar necə rəsmiləşdirilə bilər?
Gəlirin əldə edilməsi ilə bağlı xərclər
Təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi vergi öhdəliyi yaradır?
Əgər işçinin gəlir vergisi üzrə iki güzəşti varsa, hansı tətbiq edilir?
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
Gəlirdən çıxılmayan xərclər hansı halda ÖMV-dən azad edilir?
Sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?
Bina tikintisi fəaliyyəti zamanı vergi öhdəlikləri
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi