Gəlirdən çıxılmayan xərclər hansı halda ÖMV-dən azad edilir?

Gəlirdən çıxılmayan xərclər hansı halda ÖMV-dən azad edilir?


Xəstəlik müavinəti gəlirSual: Gəlirdən çıxılmayan xərclər (məsələn biznes görüşü üçün restoran xərci) təsdiqedici sənədlərlə bölüşdürülməmiş mənfəətdən şərtsiz çıxıla bilərmi yoxsa bu hal dividend kimi hesab edilərək ödəmə mənbəyində vergiyə (ÖMV) cəlb olunmalıdır?

Cavab: Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Sorğunuzda qeyd olunan xərclərin müəssisənin fəaliyyəti ilə əlaqədar olduğunu nəzərə alaraq, çəkilən xərcin bölüşdürülməmiş mənfəət hesabına ödənilməsinə məhdudiyyət nəzərdə tutulmamışdır.

Mənbə: taxes.gov.az

Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Banner