Ödəniş xaricdəki bank hesabımızdan edildiyi halda qeyri-rezidentə ödənişdən ÖMV tutulmalıdır?

birbank biznes

Ödəniş xaricdəki bank hesabımızdan edildiyi halda qeyri-rezidentə ödənişdən ÖMV tutulmalıdır?


Sual: Azərbaycanın hüquqi şəxsi xaricdə tenderi udur. Xaricdəki işləri yerinə yetirmək üçün subpodratçı olaraq digər qeyri-rezidentlərlə müqavilə bağlayır. Vergi orqanına məlumat verərək həmin ölkənin istənilən bankında cari hesab açır. Görülmüş işlərə görə xaricdəki hesaba vəsait daxil olur, eyni zamanda subpodratçılara ödənişlər edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.2 maddəsinə əsasən işlər respublika hüdudlarından kənarda olduğu üçün ƏDV-yə cəlb edilmirik, ümumi qaydada mənfəət vergisi ödəyirik. Bilmək istəyirik ki, işlər xaricdə görüldüyü üçün və subpodratçılara xarici bankdan ödəmələri həyata keçirəcəyiksə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125.1.5 maddəsinə əsasən subpodratçı qeyri-rezidentlərdən ödəmə mənbəyində vergi (ÖMV) tutmalıyıqmı?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan vəsaitdən rezident müəssisə 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutmalıdır.

Eyni zamanda, işlərin görülməsi və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyat sayılır. Məcəllənin 168-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 125.1.5-ci, 159.2-ci, 167-ci və 168-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun