Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?

MDSSSual: İşçiyə ailə vəziyyəti və ya hər hansı sosial problemləri ilə əlaqədar olaraq işəgötürən tərəfindən (dövlət büdcəsindən yox) verilən maddi yardım məcburi dövlət sosial sığortasına (MDSS) cəlb edilməyən gəlirlərə aiddir yoxsa yox? Yəni həmin maddi yardımdan da 3% tutulmalıdırmı?

Cavab: Bildiririk ki, işəgötürən tərəfindən işçiyə verilən maddi yardım işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilməklə ümumi qaydada məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində maddi yardım sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi müəyyən edilməmişdir.

Mənbə: taxes.gov.az

Banner

Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun