Sənədsiz mallar necə rəsmiləşdirilə bilər?

birbank biznes

Sənədsiz mallar necə rəsmiləşdirilə bilər?


sənədsiz mallar, gəlir vergisi, DTA-01 forması,Sual: Mən bazar şəraitində işləmişəm. Mənim əlimdə olan məhsullarım nağd şəkildə alınmışdır və heç bir sənədim yoxdur. Hal-hazırda işlədiyim firmalar məndən ödənişi rəsmi şəkildə tələb edirlər. Bu da mənə işləməkdə çətinlik yaradır. Mən öz anbarımda olan məhsulları necə rəsmiləşdirə bilərəm?

Cavab: Bildiririk ki, vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura) əsasında, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib edilməklə, belə alınmış malların anbara təhvil verilməsi isə forması Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (MAA-1) ilə sənədləşdirilir.

Vergi ödəyicisinin anbarında aşkar edilən elektron qaimə-faktura tərtib edilmədən alınmış malların sənədləşdirilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 3.7-ci bəndinə əsasən, uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir. Onların mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədilə müvafiq aktla rəsmiləşdirilir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Buna əsasən, inventarizasiya zamanı aşkar edilən elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən mallar həmin malların bazar qiyməti ilə uçota alınır. Həmin malların dəyəri vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilir. Mallar vergi ödəyicisi tərəfindən təqdim edilən zaman malların vergi ödəyicisinin balansına mədaxil dəyəri vergi ödəyicisinin xərclərinə aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


Bax:

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *