Təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi vergi öhdəliyi yaradır?

vergi məcəlləsiSual: Təsisçi müəssisəyə nizamnamə kapitalının artırılması şəklində, məsələn dəyəri 200.000 manat olan avtobus verir və nizamnamə kapitalını vergi orqanına müraciət edərək 200.000 manat artırır. Müəssisə həmin avtobusla gəlir əldə edir və həmin gəlirin də müvafiq vergisini ödəyir. (Nizamnamə kapitalı)

Sual: 1. Müəssisə həmin avtobusu balansa götürməlidirmi?

Sual 2. Bir müddət sonra, məsələn 2 il sonra təsisçi vergi orqanına müraciət edərək nizamnamə kapitalını azaltmaqla həmin avtobusu geri ala bilərmi və geri alacağı təqdirdə müəssisənin hansı vergi öhdəlikləri yarana bilər?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend -hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Banner

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Qeyd olunanlara əsasən, təsisçi fiziki şəxs tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi şəklində əldə edilən gəlir dividend sayılmır və sonradan həmin əmlakın təqdim edilməsi vergi tutulan gəlirlərə aid edilir.

Əsas vəsaitlərin balansa qəbulu qaydaları ilə bağlı ətraflı məlumat üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: taxes.gov.az


Bax:


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Nizamnamə kapitalı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *