Konsaltinq şirkətinin yoxlaması zamanı ərzaq mağazasında 2020-ci ildən quraşdırılmış onlayn nəzarət-kassa aparatı ilə ƏDV-dən azad olunan məhsulların satışının düzgün aparılmadığı aşkarlanmışdır. Keçmiş dövrlər üzrə hesablanmış artıq ƏDV məbləğlərinin azalması və ödənilmiş artıq ƏDV məbləğlərinin şəxsi hesab vərəqəsinə artıq ödəmə kimi bərpa edilməsi mümkündürmü?
Dövlət Vergi Xidmətindən bildirilib ki, ƏDV-dən azad olunan malların (işlərin, xidmətlərin) dairəsi Vergi Məcəlləsinin 164-cü maddəsində göstərilmişdir. Eyni zamanda, ƏDV-yə cəlb edilən əməliyyat çərçivəsində təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri ƏDV-nin vergitutma obyektini yaradır. ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi isə Vergi Məcəlləsinin 175.1-ci maddəsində göstərilən tələblərə uyğun olaraq həyata keçirilir.
ƏDV-dən azad olunan əməliyyatlar ƏDV tətbiq edilməklə aparıldığı hallarda bu əməliyyatlar Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV tutulan əməliyyat sayılır.
Sorğuda qaldırılan məsələ ilə bağlı vergi ödəyicisi tərəfindən həyata keçirilən əməliyyatlar, işin faktiki halları barədə məlumatlar və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.
Mənbə: vergiler.az
Beynəlxalq daşımalar həyata keçirilərkən vergi hansı şərtlərlə ödənilir?