fbpx
Home » NKA » Yeni nəsil kassa aparatlarından keçən dövriyyə açıqlanıb

Yeni nəsil kassa aparatlarından keçən dövriyyə açıqlanıb

“Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) dövriyyəsi 1,295 mlrd. manata yaxın təşkil edilib”. (Yeni nəsil kassa aparatları)

Bu barədə Azərbaycan Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, ölkədə yeni nəsil kassa aparatlarının tətbiqi ötən ildən başlayıb: “Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, bu kassa aparatlarının tətbiqi dörd mərhələdən ibarətdir. 2019-cu ildə onların tətbiqi ilə bağlı birinci və ikinci mərhələləri tam olaraq icra edilib, 91% göstərici qeydə alınıb. Üçüncü mərhələ isə cari ildə icra ediləcək”.

O əlavə edib ki, 9100 yeni nəsil kassa aparatı quraşdırılıb: “Bu aparatlar vasitəsilə bu günə qədər 105 mln. çek çap edilib, dovriyyə isə 1,295 mlrd. manata yaxın olub”.

Banner
Mənbə: muhasibat.az
Yeni nəsil kassa aparatları


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bax:

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!