Qeyri-rezidentə ödənilən üzvlük haqlarında ƏDV hesablanmalıdır?

ƏDVSual: Mən həkiməm ve America Endocrine Society – Amerika Endokrin Cəmiyyətinə illik üzvlük haqqını plastik kart ilə ödəniş etdikdə 18% əlavə dəyər vergisi (ƏDV) ödəməliyəm?

Cavab: ƏDV-nin elektron ticarət qaydasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə tətbiq edildiyini, üzvlük haqqının isə iş (xidmət) hesab edilmədiyini nəzərə alaraq qeyri-rezident təşkilata ödənilən üzvlük haqlarına ƏDV hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 159.1-ci, 169.1-ci və 169.3-cü maddələri və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsi.

Mənbə: muhasibat.az

Bax:

TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Banner