Qrant layihələrində çalışanların fəaliyyəti necə rəsmiləşdirilir?

Vətəndaş qrant müsabiqəsində təlimçi kimi 3 ay fəaliyyət göstərib və müqavilə üzrə 450 manat xidmət haqqı almalıdır. Buna görə ondan elektron qaimə-faktura vermək üçün “ASAN İmza” tələb olunur. “ASAN İmza” olmadan xidmət haqqını almaq mümkündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qarşı tərəfə təqdim etməlidir.

Həmçinin, əlavə olunub ki, elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza (o cümlədən “Asan İmza”) vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir.

Bu hallarda Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin-nin 02.02.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsaslanmaq tövsiyə olunur.

Banner

Mənbə: vergiler.az


Hüquqi şəxsin torpaq vergisi üzrə öhdəlikləri