Müəssisə işçinin kirayə haqqını birbaşa kirayəverənin bank hesabına nağdsız qaydada ödəyir. Bu məbləğə sosial sığorta haqqı hesablanmalıdırmı?
Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə sosial sığorta haqları hesablanılır.
İşəgötürən tərəfindən işçinin kirayə haqlarının üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunmuş gəlir məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlərə aid edilmir və sosial sığorta haqqına cəlb edilmir.
Əlavə olaraq nəzərə alınmalıdır ki, işçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.
Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi.
Mənbə: vergiler.az
Hüquqi şəxsin torpaq vergisi üzrə öhdəlikləri